Azərbaycanlı zəvvar İraqda infarktdan öldü

Azərbaycanlı zəvvar İraqda infarktdan öldü
SOSİAL
22:50 04.11.2017
2343
İraqı ziyarət edən azərbaycanlı zəvvar, Yardımlı rayon sakini Rauf Həbullah oğlu Musayev dünyasını dəyişib.
 
AZXEBER.COM xəbər verir ki, bu barədə APA-nın cənub bürosuna açıqlamasında zəvvar Mirələm Həşimov bildirib.
 
Onun sözlərinə görə, hadisə bu gün baş verib. Belə ki, İraqın Samirə şəhərini ziyarət etdikdən sonra R.Musayev avtobusda ürəktutmasından dünyasını dəyişib.
 
Zəvvar yoldaşları R.Musayevi xəstəxanaya çatdırmaq istəsələr də, artıq gec olub.
OXŞAR XƏBƏRLƏR