Azərbaycanlı zəvvarın Kərbəlada ölümünün TƏFƏRRÜATI

Azərbaycanlı zəvvarın Kərbəlada ölümünün TƏFƏRRÜATI
SOSİAL
11:36 23.08.2024
142
İraqın Kərbəla şəhərində vəfat edən azərbaycanlı zəvvar Mirzəağayev Rafiq Hacıağa oğlu zəvvarların bələdçisi olub.

AZXEBER.COM xəbər verir ki, BAKU.WS-in əldə etdiyi məlumata görə, 66 yaşlı R. Mirzəağayev bir müddət öncə infarkt keçiribmiş.

İraqda havaların isti keçməsi Rafiq Mirzəağayevin səhhətində problemlər yaranmasına səbəb olub. O, İraqda xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq həmyerlimizin həyatını xilas etmək mümkün olmayıb.

Rafiq Mirzəağayevin nəşi İraqda dəfn edilib.
 

OXŞAR XƏBƏRLƏR