Azərbaycanlılar Cennifer Lopezi qızlarımızdan üstün tutdu - ÇOXU GETDİ
İDMAN
13:00 23.09.2012
3414
Cenifer Lopezin ardınca stadion da boşalıb Yenicə təmirdən çıxan Tofiq Bəhrəmovun adını daşıyan Azərbaycanın ən böyük stadionunda bu gün sözün hər iki mənasında qəribə gün yaşanıb. “Qafqazinfo”nun məlumatına görə, bunlardan biri dünya şöhrətli Cenifer Lopezin arenada çıxışı, digəri isə FİFA U-17 Qadınlararası Dünya Çempionatının məhz Azərbaycanda baş tutması idi. Çempionatın açılışında 29 min 870 tamaşaçı tutumu olan stadion tamamilə dolsa da, ayaqüstə belə məşhur ulduzu izləməyə razı olan həmvətənlərimiz olub. Arenanın möhtəşəmliyi isə cəmi bir neçə dəqiqə çəkib. Belə ki, Cenifer Lopezin çıxışından sonra Azərbaycan və Kolumbiya millisi arasında oyun başlasa da, azarkeşlər heç nəyə baxmadan, millimizin meydanda mübarizəsinə rəğmən stadionu tərk ediblər. Əlbəttə, azarkeşlərin bugünkü açılışa məhz Cenifer Lopezə getdiyi hamıya məlumdur. Söhbət milli yığmadan gedirsə və bu cür nüfuzlu çempionat Bakıda keçirilirsə, deməli, azarkeşlər dünya ulduzuna ayırdıqları diqqətin bir hissəsini stadionda Azərbaycanın adı üçün mübarizə aparan qızlarımıza da ayırmalı və onlara dəstək olmalı idilər.