Azərbaycanlılara işgəncə verən erməni əsir düşdü, haqqında həbs qərarı verildi

Azərbaycanlılara işgəncə verən erməni əsir düşdü, haqqında həbs qərarı verildi
SOSİAL
18:20 22.12.2020
1257
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

AZXEBER.COM xəbər verir ki, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesdə təqdimat təmin edilib və Lüdviq Mkrtçyan barədə həbs qətimkan tədbiri seçilib.

Ermənistan tərəfində əsir olan azərbaycanlı əsirlərə işgəncə verməkdə təqsirləndirilən Lüdviq Mkrtçyana Cinayət Məcəlləsinin 113-cü (işgəncə) maddəsi ilə ittiham verilib.
OXŞAR XƏBƏRLƏR