Azərbaycanlıların ‘gəlin davası’nı ağsaqqallar bitirdilər

Azərbaycanlıların ‘gəlin davası’nı ağsaqqallar bitirdilər
08:43 25.02.2013
1777

Rusiyanın Sankt-Peterburq şəhərinin Frunze rayonunda azərbaycanlılar arasında fevralın 19-da baş vermiş kütləvi dava ilə bağlı dünən barışıq əldə olunub.

Sankt-Peterburdakı azərbaycanlıların icma təşkilatından verilən məlumata görə, tərəflər barışığa gəliblər. Toy zamanı gəlini "oğurlamağ" çalışan gənclərin və gəlinin qohumları arasında əldə edilən razılaşmaya görə, gəlin onu "qaçırmaq" istəyən gəncə ərə gedəcək. Barışığa ağsaqallar nail olublar. "Gəlinlə evlənmək istəyən və toy edən gəncin iddiaları yoxdur. Tərəflər barışıb, münaqişə çözülüb", - ağsaqqallar bildiriblər. Şəmkir rayonundan Sankt-Peterburqa yollanmış ağsaqqalların da qatıldıqları danışıqları təxminən 300 azərbaycanlı müşahidə edib. Danışıqlar Neva prospektindəki "Korintiya" otelinin zallarından birində aparılıb. (mili.az)

OXŞAR XƏBƏRLƏR