Azərbaycanlıların İQ-i niyə aşağıdır? - TƏHLİL

Azərbaycanlıların İQ-i niyə aşağıdır? - TƏHLİL
SOSİAL
15:54 06.03.2018
1686

Tanınmış iqtisadçı-aıim Qubad İbadoğlu sosial şəbəkədəki səhifəsində Azərbaycan vətəndaşlarının intellektual potensialına dair status paylaşıb.

AZXEBER.COM həmin statusu təqdim edir:  

"IQ ingiliscə "İntelligence Quotie” sözündən götürülməklə hər bir insanın düşünmə qabiliyyətini və məlumat dərəcəsini müqayisəli olaraq ölçmək üçündür. İQ-yə "İntellekt əmsalı" da deyilir. Əslində İQ testləri bilik səviyyəsini deyil, düşünmə qabiliyyətini aşkar etməyə xidmət edir və bu testlə uşaqların təfəkkürünün inkişafı ölçülür. 

Sizə təqdim olunan xəritədə 2018-ci il üçün İQ testinin orta nəticəsi təqdim olunur. Azərbaycanda bu göstərici 80-dir. Təəssüf ki, bu göstəriciyə görə biz çox ölkələrdən geri qalırıq. Ən yaxşı halda Yaxın Şərqdə və Balkanlarda yerləşən ölkələrlə rəqabət apara bilsək də intellekt əmsalımız onlardan da azdır.

Yeri gəlmişkən, Albert Eynşteynin İQ testinin nəticəsi 160 olub, orta Azərbaycanlı göstəricindən 2 dəfə yuxarı.

OXŞAR XƏBƏRLƏR