Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edildi

Azərbaycan–Oman iqtisadi əməkdaşlığı müzakirə edildi
SİYASƏT
19:58 18.12.2025
108
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman Sultanlığının iqtisadiyyat naziri Səid bin Məhəmməd bin Əhməd Əl Saqri ilə görüşüb, iqtisadi əlaqələrin möhkəmləndirilməsi imkanları nəzərdən keçirilib.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, görüşdə iki ölkə arasında qarşılıqlı etimada əsaslanan yüksəksəviyyəli münasibətlərin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm zəmin yaratdığı qeyd edilib. Tərəflər birgə iqtisadi fəaliyyətin təşviqi istiqamətində hüquq-müqavilə bazasının gücləndirilməsinin, Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondunun, İnvestisiya üzrə İşçi Qrupunun və Azərbaycan-Oman Birgə Biznes Şurasının yaradılmasının önəmini vurğulayıblar.

Görüşdə bərpaolunan və ənənəvi enerji, nəqliyyat, logistika, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri dəyərləndirilib.
OXŞAR XƏBƏRLƏR