“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də saat 21:00-da “Bakcell Arena”da keçiriləcək Azərbaycan–Xorvatiya oyununun biletləri satışa çıxarılıb.
AZXEBER.COM-a AFFA-dan verilən məlumata görə, biletləri "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən Bakcell Müştəri Xidmətləri Mərkəzində əldə etmək mümkündür. Oyuna biletlərin onlayn satışına da start verilib.
Biletlərin qiyməti kateqoriyadan asılı olaraq 3, 6 və 50 manatdır.///gun.az