"Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ"

"Azərbaycan–Özbəkistan münasibətlərində yeni mərhələ"
SİYASƏT
12:12 23.06.2022
1372
Bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Özbəkistana səfəri baş tutdu və Azərbaycan lideri qardaş ölkədə böyük qonaqpərvərlik və ehtiramla qar-şılandı. İki qardaş ölkənin dövlət başçılarının qeyd etdiyi kimi, bu, böyük tarixi səfər oldu və yüz illərlə Azərbaycan və özbək xalqlarının yaddaşında yaşayacaq. 

Səfərə verilən böyük əhəmiyyət, dövlət başçılarının şəxsi münasibətləri, imza-lanmış sənədlərin əhatəsi, həqiqətən də, səfərin ikitərəfli münasibətlərin inkişa¬fında tarixi əhəmiyyət daşıdığını, əlaqələrin artıq strateji tərəfdaşlıq səviyyəsinə qalxdığını nümayiş etdirir.

Daşkənddə Özbəkistan-Azərbaycan biznes forum çərçivəsində xeyli sənəd imzalanıb. Onların ümumi sayı iyirmiyə yaxındır. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə çox qlobal xarakter daşıyır. Bu, mahiyyətcə gələcək fəaliyyətimizin yol xəritəsidir. Orada xarici siyasətimizin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib.

Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür.
Ulu Öndər Heydər Əliyev özbək xalqına böyük sevgi ilə yanaşırdı. 1970-ci illərdə də onun Şərəf Rəşidoviç Rəşidov ilə dostluğu bütün sovet rəhbərliyinə məlum idi, 1990-cı illərdə də onun İslam Abduqəniyeviç Kərimov ilə dostluğu da xalqlarımıza məlum idi və bu, bizim münasibətlərimizin bugünkü inkişafının təməli idi.

Bu gün Azərbaycan və Özbəkistan müstəqil xarici siyasət kursu yürüdən, öz resurslarına güvənən, sosial-iqtisadi inkişafda böyük uğurlar qazanmış qüdrətli müstəqil dövlətlərdir.

Azərbaycan Ordusunun gücünü təcəssüm etdirən və Azərbaycanın qəti qələbəsi ilə başa çatmış Azərbaycan və Ermənistan arasındakı "44 günlük müharibə” və ya "Vətən müharibəsi”, Müzəffər Ali Baş Komandan-Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin komandanlığı altında həyata keçirilən Azərbaycan Ordusunun əks-hücum əməliyyatı idi. Erməni işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu və siyasətinin əsas prioritetlərindən biri idi. Ömrünü Azərbaycanın müstəqilliyinə və dövlət quruculuğuna həsr edən Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illərdəki uzunmüddətli fəaliyyətinin əsas məqsədini Azərbaycanın ərazi bütövlüyünün bərpası təşkil edirdi. Ulu Öndər bu xüsusda həmişə vurğulayırdı ki, "Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal altında olan torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdən ibarətdir”. Belə ki, Ümummilli Lider müxtəlif vaxtlarda öz çıxışlarında "Şuşasız Qarabağ olmaz, Qarabağsız Azərbaycan ümumiyyətlə yoxdur”- demişdir. Odur ki, Ulu Öndər, bu müqəddəs vəzifəni "44 günlük müharibə” nəticəsində Azərbaycan torpaqlarını erməni işğalından azad etməklə ata vəsiyyətini həyata keçirməyə nail olan Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə vəsiyyət etmişdir. 

Azərbaycan lideri ölkəmizin ərazi bütövlüyünün bərpa edildiyi günlərdə özbək xalqının və Özbəkistan Prezidenti¬nin Azərbaycana göstərdiyi dəstəyi xüsusi qeyd etdi. Bildirdi ki, azərbaycanlılar bunu çox yaxşı bilir, qardaşlıq münasibətini xatırlayır və yüksək qiymətləndirirlər.
 
Naftalan şəhər sakini Kəmalə Hüseynova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
07:10 26.03.2026
Xəzərdə suyun səviyyəsinin azalması balıqçılıq sektoru üçün çətinliklər yaradıb - VİDEO
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
05:39 26.03.2026
Aİ və Çin Ukrayna, İran və Tayvanla bağlı hərbi məsləhətləşmələr aparıb
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
05:32 26.03.2026
Karibdə narkotik əməliyyatı: ABŞ qayığı vuruldu
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
03:07 26.03.2026
Putin Rusiyadan 100 qramdan artıq qızıl külçələrin ixracını qadağan edib
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
02:49 26.03.2026
Ağ Evdən sərt xəbərdarlıq: Tramp İranı daha güclü zərbə ilə hədələyir
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
02:31 26.03.2026
Buşehr AES-də gərginlik artır: 163 nəfər daha təxliyə olundu
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
02:21 26.03.2026
Netanyahu: "İsrail Livanda genişləndirilmiş bufer zonası yaradır"
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
01:34 26.03.2026
İran XİN başçısı: Tehran Hörmüz boğazından dost ölkələrin gəmilərinin keçidinə icazə verib
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
01:09 26.03.2026
Xaricdən gətirilən avtomobillərdə gecikmə: qiymətlər arta bilər - Video
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
00:49 26.03.2026
"Deyir ki, sizə göz verib işıq verməyəcəyəm" - Bibi və qardaşı qızı arasında ev davası - VİDEO
Qalmaqallı prokuror işdən çıxarıldı
00:07 26.03.2026
Qalmaqallı prokuror işdən çıxarıldı
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
00:05 26.03.2026
Xəstəxanaya aparılırdı, yolda qardaşı ilə birgə öldü
Bu şəxslərin pensiyası övladına veriləcək
23:52 25.03.2026
Bu şəxslərin pensiyası övladına veriləcək
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
23:45 25.03.2026
Hava şəraiti dəyışəcək XƏBƏRDARLIQ - Video
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
23:33 25.03.2026
Əraqçi: Düşmənin İranı parçalamaq planları iflasa uğrayıb
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər
23:12 25.03.2026
Tramp yaxın günlərdə atəşkəs elan edə bilər