“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi!

“Azercell Biznes” tətbiqinin funksional imkanları genişləndirildi!
İQTİSADİYYAT
16:39 16.02.2024
464

Yenilənmiş "Azercell Biznes” ilə korporativ nömrələrə mərkəzləşdirilmiş nəzarət indi daha asan oldu!

Abunəçilərinə ən yaxşı müştəri təcrübəsi təqdim etməyi hədəfləyən lider mobil operator "Azercell Biznes” tətbiqində özünəxidmət funksiyalarını genişləndirir. Korporativ abunəçilərin məsul şəxsləri tərəfindən idarəolunan bu tətbiq vasitəsilə nömrələr üzərində aparılan əməliyyatları indi daha rahat və operativ şəkildə həyata keçirmək mümkündür.

Rəqəmsal yenilikləri hər kəs üçün əlçatan etməyə çalışan şirkət bu platforma çərçivəsində mühüm yenilik təqdim edir. Belə ki, artıq görmə qabiliyyəti məhdud olan şəxslər də tətbiqdən rahatlıqla yararlana bilərlər. Bunun üçün Android cihazlarda "TalkBack”, iPhone-larda isə "VoiceOver” funksiyasını aktivləşdirmək kifayət edir. 

Eyni zamanda, korporativ yönümlülüyü, funksionallığı və innovativ dizaynı ilə seçilən "Azercell Biznes” bir çox yeni xidmət çeşidini təklif edir:

-Mükəmməl istifadəçi təcrübəsi üçün "Qaranlıq rejim”dən yararlanmaq imkanı;

-Ödəniş tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;

-Hədiyyə qismində göndərilən balans ("Paycell”) tarixçəsinin əldə edilməsi və qruplaşdırılması imkanı;

-Zənglərin yönləndirilməsi xidmətindən yararlanmaq imkanı;

-"Gizlicell”/”Gizlətcell” xidmətlərindən yararlanmaq imkanı;

-Bildirişləri aktiv etmək və idarə etmək imkanı – tətbiq çərçivəsində daxil olan bildirişləri silmək, "oxunmuş” kimi işarələmək, bildirişləri aktiv/deaktiv etmək və s. mümkündür;

-Korporativ nömrələrdə müxtəlif əməliyyatların yerinə yetirilməsi üçün tələb olunan məktub nümunələrinin yüklənilməsi imkanı;

-Rəqəmsal jurnal vasitəsilə xüsusi təkliflər, ən son yeniliklər barədə daima xəbərdar olmaq, məlumatları birbaşa tətbiqdən digərləri ilə paylaşmaq və yükləmək imkanı;

-Tətbiqin "Kömək və dəstək” bölümündə "Tez-tez verilən suallar”a cavablarla tanış olmaq, korporativ abunəçilər üçün ayrılmış xüsusi dəstək bölümü və onlayn müştəri xidmətləri ilə əlaqə saxlamaq imkanı.

Xatırladaq ki, platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur. Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, rus və ingilis dillərini dəstəkləyir.

Korporativ nömrələri vahid məkandan idarə etmək imkanı verən "Azercell Biznes” tətbiqini ödənişsiz əsaslarla "AppStore", "Google Play""AppGallery"dən yükləmək mümkündür.

Tətbiqin bütün funksiyaları ilə Azercell Biznes səhifəsinə keçid edərək tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA