Azercell cəbhə xəttindəki ərazilərdə təkmilləşdirmə işləri aparır

İQTİSADİYYAT
13:20 12.04.2016
1283
Azercell Telekom MMC cəbhə xəttinə yaxın ərazilərdə yaşayan abunəçilərini kəsintisiz və keyfiyyətli rabitə ilə təmin etmək məqsədilə bu günlərdə həmin ərazilərdə 3G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi üzərində iş aparır.Cəbhə xəttinə ən yaxın olan 70 stansiyanın hamısında 3G quraşdırılıb və bununla cəbhə bölgəsində Azercell-in 3G şəbəkəsinin əhatə dairəsi 30%-a qədər genişləndirilib.Tərtər, Ağdərə, Ağdam, Füzuli, Naftalan, Göranboy rayonlarında yerləşən “Azercell”ə aid Radio Baza Stansiyalarında şirkətin mütəxəssisləri tərəfindən ümumi audit inspeksiya aparılıb. Təhlükəsiz, keyfiyyətli rabitəni təmin etmək məqsədilə aşkarlanmış uyğunsuzluqlar qeydiyyata alınıb və dərhal aradan qaldırılıb. Azercell-in işçi qrupunun səyləri nəticəsində cəbhə xəttinə yaxın 25 stansiya avtonom rejimdə çalışan generatorlarla təchiz edilib. Artıq bu stansiyalar elektrik təchizatı olmadan belə çalışa bilir. Bununla da adı çəkilən ərazilərdə Azercell abunəçiləri tam keyfiyyətli rabitə ilə təmin olunublar. Hal-hazırda da təkmilləşdirmə işləri davam edir.Məlumat üçün qeyd edək ki, Azercell regionda və ölkədə ilk və ən böyük LTE (4G) şəbəkəsinə sahibdir. Rabitə və Yüksək Texnologiyalar nazirliyinin dəvəti ilə mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin nəticələrinə əsasən Azercell şəbəkəsi bir çox parametrlərə görə ölkənin mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

OXŞAR XƏBƏRLƏR