Azercell “Dayanıqlıllığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib

İQTİSADİYYAT
14:14 25.11.2024
220
Google, Ambition Loop, Azercell və "Azərbaycan Dəmir Yolları” QSC kimi qlobal və yerli şirkətlərin nümayəndələri dayanıqlı inkişafın təşviqində korporativ məsuliyyət, innovasiya və tərəfdaşlıqların rolunu müzakirə ediblər.

"Azercell Telekom” MMC  yerli və beynəlxalq aparıcı ekspertlərin və biznes liderlərinin iştirakı ilə "Dayanıqlılığın təmin edilməsində təşkilatların rolu” mövzusunda panel müzakirəsi keçirib. Panel iştirakçıları dayanıqlı inkişafın təmin edilməsində iri təşkilatların strateji rolunu gündəmə gətiriblər, iqlim çağırışları ilə mübarizədə innovativ həllərin və tərəfdaşlıqların vacibliyini vurğulayıblar.

Panel müzakirəsinə Azercell-in Hüquq və Data Strategiyası üzrə baş direktoru Şirin Əliyeva, "Azərbaycan Dəmir Yolları” QSC-nın Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova, Google-un Avropa, Yaxın Şərq və Afrika regionu üzrə Dayanıqlılıq direktoru Adam Elman və Ambition Loop-un həmtəsisçisi Qonzalo Munyoz qatılıblar. 

S3-ün regional direktoru Mövlan Paşayevin moderatorluq etdiyi paneldə müzakirələr əsasən ekoloji məsuliyyət sahəsində korporativ liderliyin əsas aspektləri, dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sektorlararası əməkdaşlığın vacibliyi kimi mövzulara fokuslanıb. 
Panel iştirakçıları müasir texnologiyaların, o cümlədən süni intellektin iqlim dəyişikliyi ilə mübarizədəki rolu barədə fikir mübadiləsi aparıblar. Google şirkətini təmsil edən Adam Elman süni intellektin bu sahədəki tətbiqi imkanları barədə danışıb. S. Elman bildirib ki, süni intellekt iqlim dəyişikliyi proqnozunu təkmilləşdirə və davamlılıq təşəbbüslərini dəstəkləmək üçün resursları optimallaşdıra bilər.

QHT-ləri təmsil edən Qonzalo Munyoz öz növbəsində bu istiqamətdə önəmli dəyişikliklərə nail olmaq üçün müxtəlif tərəfdaşlıqların əhəmiyyəti haqqında danışıb, sektorlararası və beynəlxalq əməkdaşlığın zəruriliyini vurğulayıb. 

Şirin Əliyeva və Aybəniz İsmayılova isə müzakirələr çərçivəsində iştirakçılar ilə yerli təcrübəni bölüşüblər. Şirin Əliyeva Azercell-in ESG strategiyası, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadəyə və enerji səmərəliliyinin artırılmasına yönəlmiş layihələri barədə məlumat verib.  Ş. Əliyeva Azercell-in Qarabağda 35 yaşıl baza stansiyasının fəaliyyət göstərdiyini və onların enerji tələbatının 60%-nin bərpa olunan enerji hesabına qarşılandığını qeyd edib. Həmçinin şirkətin qlobal iqlim təşəbbüslərində, o cümlədən BMT-nin Qlobal Sazişi və GSMA-nın İqlim Fəaliyyəti üzrə İşçi Qrupunda fəal iştirakı da vurğulanıb. 

Aybəniz İsmayılova ADY-nin bu yaxınlarda dərc olunmuş ESG hesabatını təqdim edərək ölkədə dayanıqlı nəqliyyatın, xüsusilə dəmir yollarının dekarbonizasiya hədəflərinə çatmaq üçün görülən işlər, yaşıl innovasiyalar və qabaqcıl rəqəmsal həllərin tətbiqi haqqında danışıb.

Tədbirin sonunda panel iştirakçıları qlobal iqlim dəyişikliyinin təsirlərinə qarşı effektiv mübarizə üçün korporasiyaların, dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının birlikdə çalışmalı olduğunu bir daha qeyd ediblər.  Panel Azercell-in innovasiyalarla yanaşı, davamlı və dayanıqlı inkişafa, yaşıl gələcək naminə həyata keçirdiyi təşəbbüslərə sadiqliyini vurğulayıb. 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb