Azercell-dən hərbi jurnalistlərə rabitə dəstəyi!

Azercell-dən hərbi jurnalistlərə rabitə dəstəyi!
İQTİSADİYYAT
12:58 07.10.2020
1129

Şirkət tərəfindən cəbhə bölgələrinə ezam olunmuş bütün media nümayəndələrinin balansına 100 azn köçürüldü


Vətənimizin taleyində həlledici olan bu gərgin zamanlarda da ölkənin əsas rabitə təminatçısı Azercell Telekom vətəndaşlarımıza dəstək göstərməkdə davam edir. Mobil operator torpaqlarımızın işğaldan azad olunması naminə çalışan ordunu təbliğ edərək, insanlarda döyüş əzmi və qələbə ruhunu artıran, həm də dünya ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılması vəzifəsini layiqincə yerinə yetirən media təmsilçilərinin gərgin əməyinə öz töhfəsini əsirgəməyib. Azercell hazırda cəbhə bölgələrinə ezam olunmuş bütün jurnalist və çəkiliş qrupları üzvlərinin balansına 100 azn köçürüb.

Beləliklə, Azercell informasiya müharibəsinin sarsılmaz döyüşçüləri olan media nümayəndələrimizə qaynar döyüş bölgələrindən operativ şəkildə həm bütün Azərbaycan xalqına, həm də dünya içtimaiyyətinə dəqiq xəbərlər ötürməsinə öz dəstəyini göstərmiş olur. Söz və qələm döyüşçülərimizdən Qələbə xəbərini gözləyirik!

Xatırladaq ki, Milli Ordumuza ianə məqsədilə Azercell Telekom Silahlı Qüvvələrə Yardım Fonduna artıq 1 milyon manat həcmində vəsait köçürüb. Eyni zamanda, vətənimizə və ordumuza həmrəylik ifadəsi olaraq Azercell Telekom-un baş qərargahı Tibilisi prospektində yerləşən Azercell Plazanın üzərində üçrəngli bayrağımız asılmışdır.

Azercell Milli Ordumuzun zəfəri naminə bu saatlarda ön cəbhədə döyüşən öz əməkdaşları da daxil olmaqla, bütün Azərbaycan oğullarına əzmkarlıq, ruh yüksəkliyi və can sağlığı arzu edir!

Qarabağ Azərbaycandır!

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%; ölkə ərazisi üzrə əhatə dairəsi: 99.2% (işğal altında olan ərazilər istisna olmaqla); ölkə əhalisi üzrə əhatə dairəsi: 99,8% təşkil edir.Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir.Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir. Azercell nüfuzlu "STEVIE 2020” müsabiqəsində yüzlərlə təşkilat arasında "İlin telekommunikasiya şirkəti” adını qazanıb, bu nominasiya üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl mükafatı əldə edib.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
13:28 21.10.2026
Övladı doğulduğu üçün maşınını bəzəyənlər 500 manat cərimələnirlər? - VİDEO
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
13:20 21.10.2026
Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan etdi - Siyahı
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
13:11 21.10.2026
Bakıda milyonluq dələduzluqda ittiham olunan şirkət rəhbəri saxlanılıb
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
13:10 21.10.2026
Niderland XİN rəhbərinin Azərbaycana səfəri Hikmət Hacıyevlə müzakirə olunub
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
12:50 21.10.2026
Yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
12:48 21.10.2026
bp şirkətinin vitse-prezidenti “Maarifçi” proqramının iştirakçıları ilə görüşüb
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
12:24 21.10.2026
Azərbaycan məktəblərində "TikTok"a giriş məhdudlaşdırıldı
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
12:18 21.10.2026
Yol polisindən sürücülərə - XƏBƏRDARLIQ
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
12:14 21.10.2026
“Sürücü məni hədələdi, qapıları kilidlədi” - “Bolt"dan şikayət + AÇIQLAMA
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
11:46 21.10.2026
Jurnalistlərin adından saxta WhatsApp hesabları yaradılır: Mətbuat Şurası xəbərdarlıq etdi
Bu şəxslərə pulsuz torpaq veriləcək
11:31 21.10.2026
Bu şəxslərə pulsuz torpaq veriləcək
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
11:29 21.10.2026
Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
11:02 21.10.2026
Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
11:01 21.10.2026
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
10:56 21.10.2026
Ramiz Əzizbəylinin kürəkəni həbs edildi
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var
10:52 21.10.2026
Lerikdə qanunsuz qızıl axtaranlara qarşı əməliyyat - Ölən var