LG Flex 2 telefonu ayda cəmi 45 AZN-a
Azercell Telekom MMC abunəçiləri üçün daha bir sərfəli kampaniyaya başlayır. 11.05.2017-ci il tarixindən etibarən Azercell abunəçiləri 1001 Smartfon kampaniyası çərçivəsindəLG Flex 2 telefonunu və əlavə olaraq, LG qol saatını hədiyyə olaraq əldə edə biləcəklər. Ayda cəmi 45 AZN ödəməklə abunəçilər 4G-dəstəkləyən smartfonlarını, hər ay 5GB internet hədiyyə və ölkədaxilində sərfəli zəng etmək (1dəq=0.06AZN) imkanı qazanacaqlar. Kampaniyaya qoşulmaq üçün, abunəçilərAzercell Müştəri Xidmətləri Ofislərinə yaxınlaşıb mövcudtəkliflərdən birini seçə bilərlər.
Qeyd edək ki, Azercell 1001 Smartfon kampaniyası çərçivəsində güzəştli təkliflərini yay boyunca davam etdirəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin
lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı Azercell Telekom MMC
1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə bazarındakı payı 48%
olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin 99,8%-ni əhatə edir. Bu
gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir sıra innovativ
texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM
texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi, onlayn müştəri xidmətləri,
GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri,
mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə
ilk4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil
şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global Wireless Solutions şirkətinin,
eləcə də radio siqnalların şəbəkə keyfiyyətini ölçən "Opensignal” və
"Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən Azercell şəbəkəsi
bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları arasında ən yüksək
göstəricilər nümayiş etdirmişdir.