Azercell-dən xüsusi “OPPO” kampaniyası

Azercell-dən xüsusi “OPPO” kampaniyası
İQTİSADİYYAT
13:55 18.03.2026
2634

Azercell Novruz bayramı münasibətilə abunəçiləri üçün "OPPO” smartfonlarına dair xüsusi kampaniya təqdim edir. 

AZXEBER.COM xəbər verir ki, kampaniya müddətində 269 AZN-dən başlayan qiymətlə "OPPO” smartfonu alan müştərilərə 6 ay müddətində 6 GB internet paketi hədiyyə ediləcək. İnternet paket avtomatik olaraq hər 28 gündən bir yenilənəcək.

Bundan əlavə, qeyd olunan müddət başa çatdıqdan sonra internet paketindən istifadəni davam etdirmək istəyən abunəçilər növbəti 6 ay ərzində paketdən 20% endirimlə yararlana biləcəklər. 

16.04.2026-cı il tarixinədək davam edən kampaniya fakturasız xətt abunəçiləri üçün "Kontakt Home” mağazalar şəbəkəsində keçərlidir.

Daha ətraflı məlumat üçün: Novruz kampaniyası! | Azercell

OXŞAR XƏBƏRLƏR