Azercell Eksklüziv tezliklə Şuşada!

Azercell Eksklüziv tezliklə Şuşada!
İQTİSADİYYAT
10:33 15.03.2022
295
Lider mobil operator Azərbaycanın mədəniyyət paytaxtında ofisinin açılışına hazırlaşır

AZXEBER.COM xəbər verir ki, Azərbaycanın qüruru sayılan Şuşada həyat yenidən qurulur. Hər sahə üzrə aparılan bərpa işləri şəhərin canlanmasına səbəb olur. Şanlı ordumuzun ardınca Şuşaya daxil olan və burada ilk mobil şəbəkəni quran "Azercell Telekom” MMC mədəniyyət paytaxtında öz ilk Eksklüziv ofisini açmağa hazırlaşır.

Ölkənin lider mobil operatoru Şuşaya səfər edən və orada çalışan abunəçilərə operativ şəkildə xidmət göstərilməsi üçün şəhərin Aslan Qaraşərov küçəsi, 2 ünvanında ofisin açılışı ilə bağlı hazırlıq işlərini artıq tamamlamaq üzrədir. Eksklüziv tipli mağazaların özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, rahat xidmət göstərilməsi və seçim imkanlarının olmasındadır.

Azercell "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” strateji məqsədinə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini verməyə çalışır və Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Şirkət bu ərazilərdə 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.

Xatırladaq ki, məhz Azercell işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturunu və dördüncü nəsil LTE radio baza stansiyalarını qurub. Bundan əlavə, Qarabağda müştərilərinə canlı xidmət göstərən ilk mobil operator da məhz Azercell olub. Hələ ötən ilin sentyabrında Azercell Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə səfər edərək orada 200-ə yaxın abunəçiyə xidmət göstərib. Azercell komandası Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən böyük meydanda 50-dən çox müxtəlif müştəri əməliyyatını həyata keçirib.

Azercell Qarabağda yeni nəsil şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalini yüksək keyfiyyətli kommunikasiya xidmətləri və innovativ həllərlə təmin edilməsi üçün genişmiqyaslı işlərini davam etdirir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
21:19 26.02.2026
"Telegram" bu tarixdən Rusiyada bloklanacaq
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
21:09 26.02.2026
Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi: Xocalı faciəsinə görə məsuliyyət qaçılmazdır
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
20:51 26.02.2026
Hikmət Hacıyev İndoneziya səfiri ilə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
20:41 26.02.2026
Axtarışa verilən Hüseyn bütün borclarını bağladı
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
20:32 26.02.2026
FHN-in strukturlarında Xocalı faciəsinin qurbanları anılıb - FOTOLAR
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
20:28 26.02.2026
Marketlərə müştəri kimi daxil olub oğurluq edənlər tutuldu
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
20:20 26.02.2026
Məsciddə qətl: Bakıdakı sarsıdıcı hadisənin məhkəmə istintaqı başa çatdı
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
20:09 26.02.2026
"Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?" - Prezidentlə səmimi görüş
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
20:06 26.02.2026
Ramazanın 9-cu gününün duası - İftar və imsak vaxtları
Abşeronda mənzildə meyit tapıldı
19:55 26.02.2026
Abşeronda mənzildə meyit tapıldı
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
19:36 26.02.2026
Kadir İnanırın məhkəməsi yekunlaşdı - Aktyorun icazəsi olmadan...
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
19:23 26.02.2026
Günəşin səthindən ləkələr yoxa çıxmağa başlayıb
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
19:10 26.02.2026
İsrail Hindistanla münasibətlərini strateji tərəfdaşlığa yüksəldir
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
18:59 26.02.2026
Türkiyə ordunun İrana daxil olacağına dair xəbərlərə münasibət bildirib
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
18:46 26.02.2026
Rusiya daha 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir
18:34 26.02.2026
Fransa Aİ-nin təhlükəsizliyi üçün nüvə doktrinasını yeniləyir