Şirkət Karyera Günü və İş Yarmarkasında iştirak edib
Hər zaman gənclərə dəstək olan "Azercell Telekom”
MMC-nin İnsan Qaynaqları departamentinin əməkdaşları ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai
Birliyi və Amerika Mərkəzinin tələbələr və məzunlar üçün təşkil etdiyi Karyera
Günü və İş Yarmarkasında iştirak edib. Şirkət nümayəndələri Azercell-də işə qəbul olunmaq arzusunda olan məzunlar
üçün informasiya sessiyaları təşkil ediblər və Azercell-də mövcud olan
vakansiyalar barədə yarmarka iştirakçılarını məlumatlandırıblar. İşə qəbul şöbəsinin əməkdaşları Azercell-də işə qəbul
və şirkətin elan etdiyi Tələbə Təqaüdü və Təcrübə proqramları haqqında məlumat
verib, eyni zamanda məzunları maraqlandıran sualları cavablandırıblar. Tələbələr mövcud əmək bazarında onların
ixtisaslarına olan tələbat barədə məlumat əldə etmək, işəgötürənlərlə ilkin əlaqələr
qurmaq, həmçinin, işəgötürənlər potensial kadrların seçimini aparmaq imkanı
qazanıblar. Tədbirin keçirilməsində məqsəd öz
bacarıq və biliklərinə uyğun iş axtaran gənclərə məsləhətlər vermək, onlara gələcək
karyeralarını qurmaqda yardım etməkdir. Yarmarka zamanı iştirakçılar üçün "Şəxsi
iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”, İş əlaqələri qurma
və müsahibə aparma bacarıqları”, "Uğurlu karyera qurmaq: Qeyri-kommersiya şirkətlərində
işin çətinlik və perspektivləri”, "Şəxsi brendinizi necə yaratmalı”, " Şəxsi
iş: şəxsi biznes idarə etmənin çətinlik və perspektivləri”, "İş əlaqələri qurma
və müsahibə aparma bacarıqları”,” Uğurlu karyera qurmaq: Uğurlu və layiqli
karyera qurmanın 10 yolu” və "Karyera planlaşdırması və həyatdan nə istəyirsiniz”
mövzusunda sessiyalar keçirilib. Günün ikinci
yarısında tələbə və məzunların müxtəlif yerli və beynəlxalq şirkətlərinin nümayəndələri
ilə görüşməsi və bu şirlkətlərdə işləməyin fayda və imkanları haqqında məlumat
verilib.
Qeyd edək ki, "Azercell Telekom” MMC daim
istedadlı gənclərə karyera qurmaqda, onlara iş aləmində öz yerlərini tapmaqda
yardımçı olur. Son illər ərzində mütəmadi olaraq Azercellin təşəbbüsü ilə şirkət
tərəfindən Karyera Günləri təşkil edilir.
Daha ətraflı məlumat
üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil
rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarı
Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə
bazarındakı payı 48% olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80%, əhalinin
99,8%-ni əhatə edir. Bu gün 4,5 mln nəfər Azercell-in xidmətlərinə seçir. Bir
sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana
Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, 24/7 Telefon Mərkəzi,
onlayn müştəri xidmətləri, GPRS/EDGE, M2M, MobilBank, 1 nöqtədə 3 xidmət göstərən
Azercell Ekspres ofisləri, mobil elektron xidməti "Asan İmza” və s. 2012-ci ildə
Azercell ölkədə ilk4-cü nəsl LTE xidmətini təqdim etmişdir. Mobil şəbəkə keyfiyyətinin araşdırmasını aparan Global
Wireless Solutions şirkətinin, eləcə də radio siqnalların şəbəkə keyfiyyətini
ölçən "Opensignal” və "Testmy.net” kimi beynəlxalq sistemlərin nəticələrinə əsasən
Azercell şəbəkəsi bir çox parametrlərə görə Azərbaycanın mobil operatorları
arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.