“Azercell” “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi

“Azercell” “GSMA M360 2024” konfransı çərçivəsində ilk ESG hesabatını təqdim etdi
İQTİSADİYYAT
18:13 16.05.2024
485

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi, "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə Bakıda keçirilən "GSMA M360 2024” konfransı davam edir. COP29 ərəfəsinə təsadüf edən bu konfransın ikinci günü ətraf mühit, sosial və idarəetmə (ESG) prinsiplərinə həsr olunmuş sessiya ilə başlayıb. Bu sessiyada çıxış edən "Azercell”in Hüquq, Etika və Komplayens üzrə baş direktoru Şirin Əliyeva şirkətin ESG strategiyasını açıqlayaraq onun adıçəkilən sahələrdə fəaliyyəti haqqında danışıb.

"Bu gün ESG hesabatımızı beynəlxalq ictimaiyyətə təqdim etmək mənim üçün xüsusilə qürurverici oldu. Çünki bununla biz şirkətimizin timsalında ölkəmizdə daha dayanıqlı, sağlam və yaşıl gələcək naminə həyata keçirilən bir sıra tədbirləri gündəmə gətirə bildik. Hesabatımız "Azercell”in sosial məsuliyyətli korporativ vətəndaş kimi ekologiya və ətraf mühitin mühafizəsi, rəqəmsal inklüzivliyin təşviqi və ümumilikdə cəmiyyətin rifahının artırılması istiqamətində gördüyü işləri özündə əks etdirir”, - deyə Şirin Əliyeva bildirib.  

"Azercell”in ESG hesabatı 2023-cü ili əhatə edir. Hesabat şirkətin ətraf mühitə təsirinin azaldılması səylərini, dövlət və cəmiyyət qarşısında öz üzərinə götürdüyü sosial məsuliyyəti nümayiş etdirir. Konfransda çıxış edən Şirin Əliyeva "Azercell”in enerji, su və yanacaq tədarükündə səmərəliliyin təmin edilməsi məqsədilə gördüyü tədbirlər haqqında danışıb.

Hesabatda günəş enerjisi ilə çalışan baza stansiyaların yalnız Qobustan, Tovuz, Qubadlı və Cəbrayılda quraşdırıldığı qeyd edilsə də, Ş. Əliyevə cari il ərzində onların sayının artıq 17-yə çatdırıldığını bildirib. Belə ki, "Azercell”in yeni yaşıl baza stansiyaları artıq Zəngilan, Füzuli, Ağdam və Laçında  da fəaliyyətə başlayıb. Qeyd edək ki, lider mobil operator ilin sonuna kimi ölkə üzrə bu baza stansiyaların sayını 37-yə çatdırmağı planlaşdırır.

Hesabatda həmçinin "Azercell”in təhsil, idman, səhiyyə, qadın və uşaq hüquqlarının qorunması, rəqəmsal inklüzivliyin artırılması və digər istiqamətlərdə reallaşdırdığı sosialyönümlu təşəbbüsləri haqqında da məlumat verilib. Eyni zamanda, hesabat "Azercell”in əməkdaşlarının inkişafı üçün həyata keçirdiyi layihələri də əhatə edir və bununla şirkət insan kapitalına verdiyi dəyəri bir daha vurğulayır.

Şirin Əliyeva bildirib ki, "Azercell”in fəaliyyəti hər il müxtəlif beynəlxalq sertifikat və mükafatlarla təltif edilir: "Bu da öz növbəsində görülən işlərin effektivliyinin bariz nümunəsidir”.

Qeyd edək ki, şirkət dünya müstəvisində qəbul edilmiş bir çox sertifikatlara yanaşı, ISO 14001:2015 Ətraf Mühit İdarəetmə Sistemləri standartına uyğunluq sertifikatına da malikdir.

Hesabatla tanış olmaq üçün "Azercell”in səhifəsinə keçid edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib