Azercell il ərzində regionlarda 4G şəbəkəsini 364% artırdı

İQTİSADİYYAT
14:46 27.11.2019
3193
Beynəlxalq araşdırmalara əsasən Azercell Telekom-un LTE şəbəkəsi ən yüksək keyfiyyət nümayiş etdirir.

AZXEBER.COM xəbər verir ki, Azərbaycana yeni bağlantı erasını vəd edən və bu məqsədlə dünyanın yeni texnoloji nailiyyətlərini ölkədə ilk olaraq tətbiq edən Azercell Telekom 2019-cu il ərzində ölkə üzrə yüksəksürətli mobil internetin əhatəsini 364% genişləndirdi. Hazırda ölkənin 60-a yaxın bölgəsi Azercell-in LTE şəbəkəsinin əhatə dairəsindədir və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək. Lider operator LTE şəbəkəsini gücləndirərək və genişləndirərək son bir ildə əhali əhatəsində 118%, coğrafi ərazi əhatə dairəsinisə 364% yüksəlişə nail olub. Həmçinin, bir il ərzində LTE şəbəkəsi üzərindən data istifadəsində 256% yüksəliş qeyd olunub. Son bir ildə Azercell-in 1129 yeni LTE stansıyası quraşdırılıb. Azercell şəbəkəsində 4G/LTE traffiki ümumi data trafikin 46%-ni təşkil edir ki, bu da ötən ilin muvafiq dövrü ilə müqayisədə 26% artım deməkdir.

Avropanın Systemics şirkəti tərəfindən ölkə üzrə aparılan müstəqil bençmark testi nəticəsində Azərbaycanın bütün regionları üzrə Azercell sirkətinin daha ustün 4G/LTE xidməti göstərdiyi təsdiq olunub.

"Azercell özünün 4G şəbəkəsini 100% genişləndirməklə paytaxt və regionlarda bütün əhali üçün sürətli mobil data istifadəsini əlçatımlı və rahat etməyi hədəfləyir. İstifadəçilərimizi ən sürətli mobil internetə alışdıraraq və şəbəkəmizi ən müasir səviyyəyə gətirərək biz artıq növbəti texnoloji mərhələyə keçidin hazır olduğunu bəyan edə bilərik. Bu yaxınlarda Azercell-in ilk olaraq test rejimində təqdim etdiyi 5G şəbəkəsi bizim rəqəmsallaşma və gələcəyin bağlantılı cəmiyyəti üçün apardığımız təşəbbüslərin məntiqi nəticəsidir.”-deyə Azercell Telekom-un Şəbəkə Texnologiyaları Departamentinin direktoru Marat Həmidov bildirib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:49 26.05.2020

“Nar”ın 4G istifadəçilərinin sayı 66% artıb

15:31 26.05.2020

Çimərliklərlə bağlı göstərişlər təsdiqləndi

15:05 26.05.2020

Yayda Türkiyədə çimərliklər belə fəaliyyət göstərəcək: “Əlcək, maska ...”

14:52 26.05.2020

Milli Məclisin deputatları nə qədər maaş alır? - Məbləğ açıqlandı

14:47 26.05.2020

Şamaxı rayon İcra Hakimiyyəti başçısının koronavirus testinin nəticəsi açıqlandı

14:40 26.05.2020

Qənirə Paşayevanın təşəbbüsü ilə müharibə əlil və veteranlarına bayram sovqatı verildi

14:22 26.05.2020

Azərbaycanda komendant saatı tətbiq edilir? – Baş infeksionist danışdı

14:16 26.05.2020

Yasda iştirak edən 163 nəfər koronavirusa yoluxdu

14:01 26.05.2020

Gəncədə baş vermiş qətlin bəzi təfərrüatı məlum oldu

13:49 26.05.2020

ATV əməkdaşlarının koronavirus testinin nəticələri açıqlandı

13:02 26.05.2020

Bu il Həcc ziyarəti ləğv oluna bilər? - QMİ-dən AÇIQLAMA

12:59 26.05.2020

5 nəfərin öldüyü qəzanın səbəbi açıqlandı - Rəsmi

12:19 26.05.2020

Azərbaycanda vəhşilik: Narkotik iynə vuraraq itləri bir-birlərinə yedirdirlər

12:06 26.05.2020

ÜST-dən Azərbaycanda karantin rejiminin yumşaldılmasına münasibət

11:47 26.05.2020

Azərbaycanda beş nəfərin ölümünə səbəb olan dəhşətli qəzanın görüntüləri - VİDEO

11:39 26.05.2020

Bakı-Şamaxı yolunda ölən 4 nəfər hərbçi olub