Azercell-in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirildi

İQTİSADİYYAT
15:24 11.12.2024
310

Ölkənin lider mobil operatoru ISO 37001:2016 "Antikorrupsiya idarəetmə sistemi” standartları üzrə sertifikatını uğurla yeniləyib.

AZXEBER.COM xəbər verir ki, Azercell-in daxili siyasət və prosedurlarının ISO 37001:2016 standartına uyğunluğu, şirkətin fəaliyyətinin şəffaflıq prinsiplərinə əsaslandığı beynəlxalq ekspertlər tərəfindən bir daha təsdiqlənib. Sertifikatlaşma auditini 16 oktyabr 2024-cü il tarixində ABŞ-ın ən böyük akkreditasiya qurumu olan ANAB-ın(ANSI National Accreditation Board)akkreditə etdiyi Türkiyənin Denetik Belgelendirme şirkəti həyata keçirib. Auditin nəticələri Azercell-in antikorrupsiya proqramının bütün tələblərinə cavab verdiyini bir daha sübut edib.

ISO 37001 korrupsiyaya qarşı mübarizə sahəsindəqlobal səviyyədə tanınan yeganə standartdır və 2016-cı ildə Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən hazırlanmışdır. Sertifikat Azercell-in antikorrupsiya fəaliyyətinə və şəffaflığın təmin edilməsinə yetirdiyi diqqəti, korrupsiyaya qarşı mübarizədə yerli qanunlara, beynəlxalq standartlara, habelə qabaqcıl təcrübələrə sadiqliyini təsdiq edir. Eyni zamanda, korrupsiyaya qarşı sıfır tolerantlıq prinsipi ilə fəaliyyət göstərən Azercell, tərəfdaşları ilə şəffaf və etibarlı işgüzar münasibətlər qurmaqla biznes etikası mədəniyyətinin inkişafına da töhfəsini verir.

Qeyd edək ki, 2020-ci ildən etibarən ISO 37001 standartına uyğunluq sertifikatına sahib olan Azercell, həmçinin yerli telekommunikasiya bazarında bu sertifikatlaşmadan uğurla keçən ilk şirkətdir.

 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR