Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu

Azercell-in baş sponsorluğu ilə “Bakı Marafonu-2022” baş tutdu
İQTİSADİYYAT
12:19 17.05.2022
383
May ayının 15-i Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, "Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə "Bakı Marafonu – 2022” baş tutdu. Minlərlə idmansevər Bakı Bulvarında toplaşaraq  "Küləyə qalib gəl” şüarı altında həyata keçən bu yarışa qatılıb.

Ölkəmizin idman təqvimində mühüm yer alan "Bakı Marafonu”nun 5 illik yubileyi bir sıra yeniliklər ilə yadda qaldı. Belə ki, yarışçılar üçün yeni marşrut tətbiq edilərək start və finiş nöqtəsi eyni məkanda yerləşdirildi. İştirakçılar Dövlət Bayrağı meydanında toplaşaraq 21 kilometrlik məsafəni qət edib yenidən bu nöqtəyə qayıtdılar. Bu yenilik xüsusi hazırlığı olmayan iştirakçılara ehtiyac yarandığı halda başlanğıc nöqtəsinə qayıdaraq qalibləri qarşılamaq imkanı yaradib.

2017-ci ildən etibarən tədbirə tərəfdaşlıq edən Azercell növbəti dəfə abunəçilərini sağlam həyat tərzi sürməyə səslədi. Ənənəvi olaraq bu il də təşkil edilən marafona "Azercell Telekom” MMC-nin prezidenti və rəhbər heyəti, eləcə də şirkət əməkdaşları və Azercell-in korporativ abunəçiləri qatılıb.

Yarışın rəqəmsal tərəfdaşının dəstəyilə iştirakçıların qaçış nömrələrinin üzərinə xüsusi cihaz – çip yerləşdirildi. Bu texnoloji həll mobil operatorun "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” kimi səslənən strateji məqsədinin tələblərinə də tam cavab verdi.  Belə ki,  marafonda iştirak edən hər kəsin marşrut boyu göstəricilərini detallı şəkildə görmək, finiş xəttini keçərkən göstərdiyi nəticəni izləmək imkanı yaradılıb.

Qaliblər Azercell tərəfindən xüsusi hədiyyələr ilə mükafatlandırıldı. Finiş xəttini keçən ilk üç qadın və ilk üç kişi iştirakçıya lider mobil operator xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və "Sərbəst 15” tarif paketinə 6 aylıq abunəlik hədiyyə etdi.  Azercell "Bakı Marafonu”nda iştirak edən tələbələri də diqqət mərkəzində saxladı.  Tələbələr arasında birinci yeri tutan xanım və kişi iştirakçıya xüsusi hədiyyələr, 010 prefiksli prestijli nömrə və 6 aylıq pulsuz istifadə müddəti olan "GəncOL9” tarif paketi təqdim edilib.

Yarışçılara dəstək olmaq  üçün tədbirə qatılanlar da asudə vaxtlarını yüksək dəyərləndirdilər. Musiqi ilə müşayiət edilən tədbirdə atletlər zonasında pilates məşqləri təşkil edildi, uşaqlar üçün əyləncə zonasında isə marafonun kiçik qonaqları xüsusi proqram ilə qarşılandı. Marafon məşhur mügənnilərin konsert proqramı ilə yekunlaşıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
23:56 17.10.2026
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO