Azercell-in dəstəklədiyi startap turları davam edir

Azercell-in dəstəklədiyi startap turları davam edir
İQTİSADİYYAT
12:32 06.04.2019
5905
"I2B - İdeyadan Biznesə” layihəsi startaplara dəstək olmaq, eləcə də innovativ ideyaların həyata keçirilməsinə yardım etmək istiqamətində öz fəaliyyətini uğurla davam etdirir. Bu dəfə layihə çərçivəsində Sumqayıt  və Gəncə şəhərlərinin ən uğurlu startap komandaları bəlli olub.

AZXEBER.COM xəbər verir ki,Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı, "Microsoft” və "Azercell Telekom” MMC tərəfindən reallaşdırılan layihə Sumqayıt və Gəncədə gənclər tərəfindən böyük maraqla qarşılanıb. Daha sonra təşkilatçılar tərəfindən iştirakçılar üçün startap komandalarının formalaşması, layihə təqdimatının düzgün hazırlanması, investorlara layihənin satışı yolları, bazar araşdırılması kimi aktual məsələləri əhatə edən təlim keçirilib. Növbəti mərhələdə iştirakçılardan ibarət komanda formalaşdırılıb və peşəkar mentorlar tərəfindən müsabiqəyə hazırlanıb. Müsabiqədə komandalar öz ideyalarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin qərarına əsasən "Part of me”, "Keep hot” və "Military modul” layihələri müvafiq olaraq I, II və III yerlərə layiq görülüb.

Sumqayıtdan sonra növbəti startap turu Gəncədə baş tutub. Tədbirin informativ hissəsindən sonra startapları əsas müsabiqəyə hazırlamaq üçün kiçik biznes təlimi keçirilib və iştirakçılardan ibarət komandalar formalaşdırılıb. Həmin layihələrin hər birinin ayrı-ayrılıqda "Kanvas” modelinə əsasən biznes sxemləri hazırlanıb. İkinci hissədə komandalar ideyalarını münsiflər heyəti qarşısında təqdim edib və hər çıxışdan sonra layihənin müzakirəsi, interaktiv sual-cavab keçirilib. Münsiflər region üzrə 1-ci yerə "Biobone”, 2-ci yerə "Sağlam qida”, 3-cü yerə isə "P4Y” (Platform for Youth) layihəsini layiq görüblər.

Qalib olan layihələr Bakıda keçiriləcək Milli Finalda iştirak hüququ qazanıb. Milli Finalda ilk 3 yeri tutan komandalar layihədə nəzərdə tutulmuş əsas mükafatlara sahib olacaqlar. Bundan əlavə, startap turları çərçivəsində qalib gələn layihələr mentor xidmətləri, sərmayələrin cəlb olunması, o cümlədən uğurlu startapların xaricə göndərilməsi və beynəlxalq tədbirlərdə iştirak etmə imkanları ilə təmin olunacaq.

Qeyd edək ki, Azercell və PAŞA Bank tərəfindən dəstəklənən Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Azərbaycanda biznes innovasiyasını artırmağa, rəqəmsal və sahibkarlıq ekosistemini inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək verir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan edib
11:47 28.02.2026
Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyata başladıqlarını elan edib
KİV: İran Prezidenti hücumlar nəticəsində xəsarət almayıb
11:45 28.02.2026
KİV: İran Prezidenti hücumlar nəticəsində xəsarət almayıb
ABŞ Prezidenti: İranın raket sənayesini və donanmasını məhv edəcəyik
11:43 28.02.2026
ABŞ Prezidenti: İranın raket sənayesini və donanmasını məhv edəcəyik