Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib

Azercell-in dəstəyi ilə “FutureFem 2.0” layihəsinə start verilib
İQTİSADİYYAT
17:57 12.03.2026
607
Proqram 100 tələbə qızın sahibkarlıq və liderlik bacarıqlarının inkişafına töhfə verəcək.

Azercell-in dəstəyi ilə həyata keçirilən "FutureFem 2.0 - Qadınların Sahibkarlıq və İnnovasiya Potensialının Gücləndirilməsi” layihəsinin açılış mərasimi keçirilib. Layihə Azercell-in qadınların sosial və iqtisadi inkişafının dəstəklənməsinə yönəlmiş "Həyatı daha dolğun edirik:qadınlara dəstək proqramı” çərçivəsində qalib seçilən təşəbbüslərdən biridir və "Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi tərəfindən icra olunur. 
 
"FutureFem 2.0” layihəsi gənc qadınların sahibkarlıq, innovasiya və texnologiya sahələrində bilik və bacarıqlarının inkişaf etdirilməsini hədəfləyir.
Qeyd edək ki, "FutureFem 2.0” layihəsi mart-may ayları ərzində həyata keçiriləcək üç aylıq inkişaf proqramıdır və 100 tələbə qızı əhatə edir. Layihə ümumilikdə 6 əsas mərhələdən və 8 təlim modulundan ibarətdir. Proqram çərçivəsində iştirakçılar sahibkarlığın əsasları, maliyyə savadlılığı, marketinq, innovativ düşüncə, rəqəmsal transformasiya, liderlik və effektiv kommunikasiya istiqamətlərində praktiki bilik və bacarıqlar əldə edəcəklər. Təlimlər müvafiq sahələr üzrə ekspertlərin iştirakı ilə keçiriləcək. İştirakçılar 33, 33 və 34 nəfərdən ibarət üç qrupa bölünərək rotasiya prinsipi əsasında hər mövzu üzrə iki həftəlik təlim modullarında iştirak edəcəklər.

Layihənin sonunda keçiriləcək "FutureFem Challenge” mərhələsində iştirakçılar innovasiya və sahibkarlıq yönümlü ideyalarını ekspertlər və münsiflər heyəti qarşısında təqdim edəcəklər. Müsabiqədə təqdim olunan ideyalar BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun qiymətləndiriləcək və ən uğurlu komandalar əlavə mentorluq və inkişaf imkanları qazanacaqlar.

Layihə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin təşkilatçılığı ilə reallaşdırılır. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur futbolçu Obameyanq avtomobil qəzasına düşdü
01:28 27.11.2026
Məşhur futbolçu Obameyanq avtomobil qəzasına düşdü
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
01:10 27.11.2026
Artıq ödənilmiş tibbi sığorta haqları bu qayda ilə geri qaytarılacaq - VİDEO
Kərə yağından sonra duru yağ da bahalaşdı - Video
00:53 27.11.2026
Kərə yağından sonra duru yağ da bahalaşdı - Video
Bürclər bu günə nə deyir?
00:38 27.11.2026
Bürclər bu günə nə deyir?
UEFA Avropa Liqası: “Beşiktaş” İsrail klubunu məğlub edib
00:24 27.11.2026
UEFA Avropa Liqası: “Beşiktaş” İsrail klubunu məğlub edib
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
00:14 27.11.2026
Milli Qəhrəman Pəncəli Teymurovun qardaşına yeni vəzifə verildi - Foto
Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
00:00 27.11.2026
Parkda gecələyən uşağın valideyninə bu cəza verildi
Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - Video
23:50 26.11.2026
Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? - Video
Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
23:41 26.11.2026
Fidan gürcüstanlı həmkarı ilə "Beşiktaş" – "Hapoel" matçı zamanı yaşananları müzakirə edib
Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb
23:23 26.11.2026
Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb
Türkiyə nəhənglərindən "Beşiktaş"a dəstək bəyanatları
23:12 26.11.2026
Türkiyə nəhənglərindən "Beşiktaş"a dəstək bəyanatları
"Beşiktaş" – "Hapoel" matçı bərpa edilib
22:59 26.11.2026
"Beşiktaş" – "Hapoel" matçı bərpa edilib
Ermənistan Prezidenti Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib
22:49 26.11.2026
Ermənistan Prezidenti Baş Qərargah rəisinin müavinini vəzifəsindən azad edib
"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçı yarımçıq dayandırıldı: Polislə azarkeşlər arasında toqquşma
22:35 26.11.2026
"Beşiktaş" - "Hapoel Beer-Şeva" matçı yarımçıq dayandırıldı: Polislə azarkeşlər arasında toqquşma
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
22:16 26.11.2026
ABŞ-da qasırğalar səbəbilə 360-dan çox aviareys ləğv edilib
Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib
22:01 26.11.2026
Tərtər "Gənclər paytaxtı", Masallı isə "İdman paytaxtı" seçilib