Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb - FOTOLAR

Azercell-in dəstəyi ilə Vətən müharibəsi qaziləri və şəhid övladları üçün keçirilən peşə təlimləri başa çatıb - FOTOLAR
İQTİSADİYYAT
16:23 13.07.2022
717
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanda Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), "Azercell Telekom” MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdaşlığı ilə Vətən müharibəsi  qaziləri və şəhid övladları üçün həyata keçirilən sosial təşəbbüs başa çatıb. İyulun 6-da Marriot Boulevard oteldə baş tutan mərasimdə layihə çərçivəsində peşə istiqamətini seçməyə və peşəkar potensiallarını reallaşdırmağa yönəlmiş təlimlərə qatılan proqram iştirakçılarına xüsusi sertifikatlar təqdim edilib.  
 
Qeyd edək ki, iştirakçılar 6 ay boyunca onlayn şəkildə təşkil edilən ingilis dili və kompüter kurslarına cəlb olunub, xüsusilə fərqlənən gənclər isə ölkənin aparıcı şirkətlərində təcrübə keçmək imkanı qazanıblar. Layihənin rəqəmsal tərəfdaşı Azercell proqram iştirakçılarını datakart və yüksəksürətli mobil internet xidmətləri ilə təmin edib. 
 
Tədbirdə çıxış edən Azercell-in Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasova bildirdi: "Şirkətimiz şəhid və qazi ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramlarını  daima dəstəkləməyə çalışır, 2-ci Qarabağ müharibəsi zamanı və ondan sonrakı dövrdə bu cür layihələrin təşəbbüskarı və dəstəkçisi olmaqdan şərəf duyur”. 
 
Xatırladaq ki, təlimlər "Celt Colleges” və "JA Azərbaycan”ın peşəkarları tərəfindən həyata keçirilib. 
 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub