Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir

Azercell-in Mobil Diş və Göz Klinikaları təmənnasız xidməti davam etdirir
İQTİSADİYYAT
15:45 02.04.2021
550
2021-ci ilin ilk rübündə əksəriyyəti şəhid ailələri üzvləri olan 150-dən çox xəstə pulsuz müayinə və müalicə olunub.

Əhalinin aztəminatlı təbəqəsinə təmənnasız xidmət göstərən "Azercell Telekom" MMC-nin Mobil Diş və Mobil Göz Klinikaları 2021-ci ilin ilk üç ayında aktiv fəaliyyətini davam etdirib.

Pandemiya dövründə belə fəaliyyət göstərən klinikaların həkimləri bütün təhlükəsizlik və gigiyena qaydalarına müvafiq şəkildə bu ilin ilk rübündə 150-dən çox xəstəni pulsuz müayinə və müalicə ediblər.

Səyyar klinikalar respublikanın müxtəlif bölgələrində kimsəsiz uşaqlar və aztəminatlı ailələrlə yanaşı, şəhid ailələrinin üzvləri və Vətən müharibəsi qazilərinə xidmət göstəriblər. İlin əvvəlində Mobil Diş və Göz Klinikalarının həkimləri Xudat şəhərinə səfər ediblər.

Səfər zaman aztəminatlı ailələrin və şəhid ailələrinin üzvlərindən olan 52 uşaq Mobil Diş Klinikasında müayinədən keçib. Dişlərində problem aşkarlanan uşaqlar təmənnasız olaraq müalicə olunublar.

2021-ci ilin birinci rübündə Azercell-in Mobil Göz Klinikasında 105 nəfər (53 uşaq, 52 böyük) ödənişsiz göz müayinəsindən keçib. Təkcə Xudat şəhərində 50-dən çox xəstəyə yardım göstərilib. Bundan əlavə, Sumqayıtdakı 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində 30 nəfər səyyar klinika həkimlərindən kömək alıb.

Hesabat dövründə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan şəhid ailələrinin üzvləri üçün də pulsuz göz müayinəsi həyata keçirilib. Həmçinin, Bakıda "Damla” aztəminatlı ailələrə qayğı İctimai Birliyinin 25 üzvü də Mobil Göz Klinikasının imkanlarından yararlanıblar.

Qeyd edək ki, "Azercell Telekom" MMC-yə məxsus və 10 ildən çox müddətdə xüsusi qayğıya ehtiyacı olan əhaliyə təmənnasız xidmət edən mobil klinikalar "Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyinin dəstəyi ilə fəaliyyət göstərir.

Bu müddət ərzində Mobil Diş və Göz Klinikalarının həkimləri tərəfindən minlərlə insan müayinə edilib və zəruri müalicə alıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
14:48 15.07.2026
Yayda qida zəhərlənmələri niyə artır? - Ən təhlükəli məhsullar bunlardır
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
14:36 15.07.2026
"Azad Şuşa qlobal tədbirlərin yeni ünvanına çevrilir"
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
14:29 15.07.2026
“Azər - Türk Bank” ASC-nin xalis mənfəəti 50% artdı, kapitalı 12.8% böyüdü
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
14:19 15.07.2026
Sabahdan bu marşrutunun hərəkət sxemi dəyişdirilir
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
14:01 15.07.2026
Media Kuboku 2026-nın püşkü atıldı - FOTOLAR
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
13:52 15.07.2026
Amal qəzadan 2 saat 7 dəqiqə sonra ölüb - Ekspertiza nəticələri
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
13:35 15.07.2026
Dronla vurulan gəminin kapitanı həlak oldu - Foto
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
13:31 15.07.2026
"Şuşa Forumu Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi"
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
13:19 15.07.2026
Azərbaycanda autizmli uşaqların sayı niyə artır? – Mütəxəssisdən açıqlama
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
13:06 15.07.2026
Bakıda bu küçədə hərəkət dəyişdirilir – Sürücülərə xəbərdarlıq
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
13:01 15.07.2026
Külək güclənəcək, leysan olacaq - SABAHIN HAVASI
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
12:59 15.07.2026
Sakinlər mərasim evindən narazıdır - Sahibkar “Mən ağlamağa icazə vermirəm” deyir
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
12:53 15.07.2026
162 saylı avtobusundan narazılıq: "Kondisionerlər işləmir, nəfəs almaq olmur" - VİDEO
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
12:42 15.07.2026
“Sonsuz üfüqlərə doğru”: Azərbaycan Hava Yolları brendinin yeni vizual manifestini təqdim edib
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
12:15 15.07.2026
Tovuzda 17 yaşlı oğlan dərmandan zəhərlənib öldü
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?
12:14 15.07.2026
Sevgi ilə emosional asılılığı necə ayırd etmək olar?