"Azercell" korporativ müştəriləri üçün yeni "Biznesim İnternet Xətti" xidmətini təqdim edir

İQTİSADİYYAT
14:09 02.09.2019
4658

"Azercell Telekom" MMC korporativ müştəriləri üçün yeni nəsil "Biznesim İnternet Xətti" xidmətini istifadəyə verib. Etibarlı və yüksək-sürətli internet bağlantısı vasitəsilə "Azercell" müştərilərinə rəqəmsal dünyada öz bizneslərini hər zaman onlayn saxlamağa yardım edəcək. 

"Biznesim İnternet Xətti" xidməti sayəsində korporativ müştərilər internet bağlantısını bölüşmək və ya istehlakçı trafiki ilə rəqabət aparmaq məcburiyyətində qalmayacaq. 

Şirkətin işləri daima etibarlı internet bağlantısını tələb edən veb-saytın idarə edilməsi və ya onlayn satışlar, İP üzərindən Səs (Voice over IP) xidmətləri, bulud tətbiqləri və ya iri həcmli fayl köçürmələri ilə əlaqədardırsa, o zaman "Biznesim İnternet Xətti" xidməti ən ideal seçimə çevriləcək. Daimi bağlantını təmin etmək üçün standart və şərti təhlükəsizlik seçimlərinin təklif olunduğu xidmətin bir sıra üstünlükləri var:

 

Ehtiyacınız olan sürət

5Mb/s, 10Mb/s, 15Mb/s, 20Mb/s, 30Mb/s, 50Mb/s və ya 100Mb/s paketlərindən korporativ müştərilər biznesləri üçün ən uyğun olanını seçə biləcək. Xidmətin xüsusi imkanı trafikin gözlənilməz yüksəlişləri zamanı ötürmə zolağını gücləndirəcək, idarəolunan portlar isə trafikin planlaşdırılan yüksəlişi üçün hazırlığı təmin edəcək.

Etibarlı bağlantı

24/7 rejimində çalışan dəstək, monitorinq xidməti və ikili bağlantı sayəsində iş prosesində vacib sayılan tətbiqlər hər zaman onlayn olacaq.

Rəqabətdən kənar xidmət

"Biznesim İnternet Xətti" xidməti çərçivəsində 100%-lik ötürmə zolağı təklif olunur. Belə ki, ayrılmış simmetrik sxemlər vasitəsilə ötürmə zolağının yalnız müştəriyə məxsus olması, yükləmə sürətlərinin isə sabitliyi təmin ediləcək.

"Korporativ müştəriləmizə innovativ telekommunikasiya həlləri ilə xidmət göstərmək məqsədilə başladığımız genişmiqyaslı Şəbəkə İnteqrasiyası və Transformasiya proqramının hal-hazırda tam mərkəzindəyik" deyə Korporativ Seqment Biznes strukturunun rəhbəri Giorgos Chatzis qeyd edib. "Xidmətlərimizin hüdudlarını genişləndirmək, Azercell-i Azərbaycanda korporativ müştərilər üçün yeganə dayaq halına gətirmək transformasiyamızın əsas tərkib hissəsidir" - G. Chatzis vurğulayıb.

Xidmətə qoşulmaq üçün [email protected] elektron poçt ünvanına müraciətinizi göndərə bilərsiniz.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var
09:50 26.02.2025
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıya qədər endirildi