Azercell-lə “Karyerada ilk addım”

Azercell-lə “Karyerada ilk addım”
İQTİSADİYYAT
16:10 18.12.2017
1811
Ölkəmizdə keçirilən karyera sərgilərində iştirakı artıq ənənəyə çevrilən Azercell Telekom bu dəfə Azərbaycan Dövlət Neft Sənaye Universitetində təşkil olunan əmək yarmarkasında iştirak edib. 16 dekabr tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkil etdiyi "Karyerada ilk addım” devizi ilə keçirilən yarmarkada Azercell mövcüd vakansiya və Tələbə Proqramları ilə çıxış edib. Yarmarkada öz fəallığı ilə seçilən Azercell-in stendi tələbələrin  böyük marağına səbəb olub. İnsan Qaynaqları Departamentinin əməkdaşları tələbələri maraqlandıran sualları cavablandıraraq Azercell-də karyera qurmaq istəyən gənclərə faydalı məsləhətlər verdilər.

Məlumat üçün bildirək ki, əmək yarmarkasının keçirilməsində əsas məqsəd tələbə-məzunlara aldıqları ixtisaslar üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərin qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq, eyni zamanda iş axtaran vətəndaşların da layiqli işlə təmin olunmalarına köməklik göstərməkdir.

Fəaliyyətə başladığı gündən etibarən Azercell tələbə və gənclərə öz dəstəyi ilə seçilib. Şirkətin həyata keçirdiyi sosial layihələrin böyük bir qismi gənclərin və eləcə də ölkəmizdə təhsilin inkişafına yönəlib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz           

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial mediada müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən Global Wireless Solutions şirkəti, eləcə də "Opensignal” və "Testmy.net” kimi simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.  
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
15:24 20.08.2025
"Rusiya bununla Azərbaycana gözdağı vermək istədi, amma özünün əleyhinə işlədi"
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
15:15 20.08.2025
Şamaxıda növbəti Üzüm və Şərab Festivalı - Qonaqları zəngin proqram gözləyir
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
15:14 20.08.2025
Rusiyaya buraxılmayan Emin Əfəndi: Azərbaycanlılara qarşı münasibət hər gün daha da sərtləşir
Məmməd İsmayıl Tovuzda dəfn olundu
15:07 20.08.2025
Məmməd İsmayıl Tovuzda dəfn olundu
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
14:57 20.08.2025
Oval Ofisdəki xəritə Tramp üçün bu səbəbdən əhəmiyyətli olub
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
14:44 20.08.2025
Astrologiyanın lider 4 BÜRCÜ - Astroloq AÇIQLADI
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
14:43 20.08.2025
Prezident və xanımı Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
14:36 20.08.2025
Kremldən gözlənilən Putin-Zelenski görüşü ilə bağlı AÇIQLAMA
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
14:21 20.08.2025
Roma Papası dindarlara səsləndi: "Bütün münaqişələrin sonlanması üçün dua edin"
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
14:20 20.08.2025
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib - 6 vəkilə xəbərdarlıq edildi
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
14:19 20.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Gəncə şəhərində olublar
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
14:17 20.08.2025
İstanbulda 20-ci Qızıl Uğur Mükafatları tədim olundu – Aqil Ələsgər mükafata layiq görüldü
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
14:12 20.08.2025
"ABŞ sülh sazişini dəstəkləmək üçün Ukraynaya havadan dəstək verə bilər" - Tramp
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
14:05 20.08.2025
Bu ölkədə 10 il ərzində 12 dəfə yolu bağlayan şəxs həbs edildi
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
13:56 20.08.2025
Ruhlara toxunan insan: 21 avqust - Rəşad Məcidin doğum günüdür!
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?
13:54 20.08.2025
Təhsilimizdə tənqid və islahat: harada haqlıyıq, harada haqsız?