Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR

Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
İQTİSADİYYAT
15:49 17.03.2026
1218

Barselonada keçirilən Mobile World Congress (MWC) qlobal rabitə və texnologiya ekosisteminin aparıcı nümayəndələrini bir araya gətirib. Hər il olduğu kimi bu dəfə də konqres sənayenin inkişafına təsir edən əsas mövzuların müzakirəsi, innovativ texnoloji həllərin təqdimatı və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün mühüm platforma rolunu oynayıb.


MWC Barcelona 2026 çərçivəsində keçirilən sessiyalarda inklüziv biznes yanaşmaları və gənclərin rəqəmsal rifahı kimi aktual mövzular diqqət mərkəzində olub.


Konqresdə çıxış edən "Azercell Telekom” MMC-nin İnsan Kapitalı üzrə Baş direktoru Dilarə Hüseynova texnologiya sektorunda daha inklüziv mühitin formalaşdırılmasının xüsusi əhəmiyyətini vurğulayıb: "Azərbaycanın rəqəmsal transformasiyasında aparıcı rol oynayan şirkət olaraq gender inklüzivliyi bizim strateji prioritetlərimizin əsas istiqamətlərindən biridir”.


D. Hüseynova Azercell-in yeni nəsil qadın İKT mütəxəssislərinin və texnologiya sektorunda qadın liderlərinin yetişdirilməsinə yönəlmiş təşəbbüsləri barədə geniş məlumat verib. Qeyd olunub ki, şirkət bu istiqamətdə müxtəlif mərhələləri əhatə edən sistemli yanaşma tətbiq edir və qızların texnologiya sahəsinə marağının erkən yaşlardan formalaşdırılmasına xüsusi önəm verir.


D. Hüseynova şirkətin həyata keçirdiyi bir sıra sosial layihələr barədə iştirakçıları məlumatlandıraraq, bu sahədə əldə olunan geniş təcrübəni bölüşüb. Azercell-in qızlardan ibarət milli komandanın Beynəlxalq İnformatika Olimpiadalarına hazırlığına verdiyi dəstək və "Uğur qızlarımızındır” təşəbbüsü xüsusi maraqla qarşılanıb. Eyni zamanda, qadınların rəqəmsal və biznes bacarıqlarının gücləndirilməsinə yönəlmiş "Qadınlara dəstək” sosial layihəsi çərçivəsində qeyri-hökumət təşkilatları ilə qurulan əməkdaşlıq da iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, "Azercell Telekom” MMC Beynəlxalq GSM Assosiasiyasının (GSMA) üzvüdür və təşkilatla müxtəlif istiqamətlərdə əməkdaşlıq edir. Şirkət GSMA və rəqəmsal dövrdə gender bərabərliyinin təşviqinə yönəlmiş EQUALS Gender İnklüzivlik İndeksinin pilot mərhələsində iştirak edərək həyata keçməsinə öz töhfəsini verib. Bu təşəbbüs texnologiya sektorunda inklüzivliyin təşviqinə, sənayedə mövcud stereotiplərlə mübarizəyə və daha inklüziv yanaşmaların formalaşdırılmasına yönəlib.

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa İrana qoşun göndərməyəcək
16:59 17.03.2026
Polşa İrana qoşun göndərməyəcək
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
16:49 17.03.2026
Marketdə soyğunçuluq edən iki nəfər saxlanıldı
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
16:39 17.03.2026
Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
16:34 17.03.2026
Nərimanovda 2, 3, 4 otaq, premium təmirli mənzillərin satışı davam edir - "Kristal!"
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
16:20 17.03.2026
Ekspert: Hörmüz boğazının bağlanması enerji bazarını sarsıda bilər
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
16:16 17.03.2026
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olundu
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
16:12 17.03.2026
"Müəllimin şagirdi sinif yoldaşlarının yanında alçaltması ciddi psixoloji təsir yaradır" - Ekspert
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
16:00 17.03.2026
İranda casusluq əməliyyatı: 55 nəfər saxlanıldı
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
15:54 17.03.2026
Uşağa qarşı fiziki zorakılıq edən valideyn və müəllim 200 manatadək cərimələnəcək
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
15:49 17.03.2026
Azercell MWC 2026-da gender inklüzivliyi və sosial təsir təşəbbüslərini təqdim etdi - FOTOLAR
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
15:41 17.03.2026
Deputat valideynin cəzalandırılmasını nəzərdə tutan qanunun əleyhinə çıxdı
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
15:12 17.03.2026
Yük avtomobillərindən oğurluq edən şəxs saxlanıldı
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
15:02 17.03.2026
"Mayak Residence" baharın gəlişi münasibətilə reklam çarxını təqdim etdi - VİDEO
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
14:50 17.03.2026
Tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirildi
Bu görüntüləri yayanları ağır cəza gözləyir
14:44 17.03.2026
Bu görüntüləri yayanları ağır cəza gözləyir
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi
14:41 17.03.2026
Sürət qatarına daş atan daha 4 yeniyetmə müəyyən edildi