Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!

Azercell rabitə bazarında yeni biznes istiqamətini təqdim edir!
İQTİSADİYYAT
10:39 04.07.2022
392
Azərbaycan telekommunikasiya sektorunda ilk dəfə olaraq özündə həm bank əməliyyatları, həm də mobil rabitə imkanlarını birləşdirən Azercell Fintek məhsulları yaxın zamanda bütün abunəçilərə maliyyə xidmətləri göstərəcək.

Müştərilərini əlçatımlı, eyni zamanda istifadədə rahat və şəffaf xidmətlərlə təmin etməyə çalışan "Azercell Telekom” özünün rəqəmsal məhsullar çeşidini genişləndirərək müştərilərin nağdsız hesablaşma və ödənişlərini daha rahat şəkildə yerinə yetirməyə imkan yaradacaq xüsusi layihəsini təqdim edir.

Abunəçilərə təqdim olunacaq rəqəmsal kart müxtəlif növ ödənişlər həyata keçirməyə, hesabdakı balansı artırmağa imkan verəcək ki, həmin maliyyə məhsulları sürətli və asan müştəri identifikasiyasını təmin edən ucdan-uca rəqəmsal təcrübə üzərində qurulacaq.

İstehlakçının ənənəvi ödəmə üsullarını və vərdişlərini dəyişərək Azercell Fintek müştərilər üçün rahat rəqəmsal nağdsız ödəniş vasitəsinə çevrilmə potensialına malikdir. Eyni zamanda, abunəçilər xidməti aktiv etmək üçün ofisə baş çəkmədən birbaşa Azercell-in yenilənmiş "Kabinetim” mobil tətbiqi vasitəsilə bu imkandan yararlana bilər.

Bu rəqəmsal kart həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçilərinə bir sıra standart qeydiyyat prosedurlarından keçmədən maliyyə xidmətlərinə asan çıxış imkanı yaradacaq. Qeyd edək ki, "Azercell Telekom” bu layihəni "PAŞA Bank”, "Visa” və "AzİnTelecom” da daxil olmaqla bir sıra tərəfdaşlarla birgə əməkdaşlığı çərçivəsində həyata keçirir.

Azercell-in Big Data, Təhlillər və Xüsusi layihələr departamentinin direktoru Azad Hüseynovun qeyd etdiyi kimi:

"Bütün ölkəni əhatə edən geniş şəbəkəmizə bankçılıq və fintek funksionallığı əlavə etmək göstərdiyimiz xidmət çeşidinin genişləndirilməsi, müştəri məmnunluğu və bağlılığının gücləndirilməsi və, əlbəttə ki, biznesin dayanıqlılığı baxımından bizim üçün böyük imkanlar yaradır.” Bu yeni məhsulun ilk istifadəçiləri olmaq istəyən abunəçilərimiz üçün www.azercell.com səhifəsi vasitəsilə öncədən sifariş imkanı artıq mümkündür. Bunun üçün Azercell-in rəsmi saytında qeydiyyatdan keçmək kifayətdir.

Xatırlatmaq istərdik ki, məhz Azercell bir neçə il öncə ilk olaraq özünün "Kabinetim” tətbiqi vasitəsilə "Mobil Ödəmə” xidmətini bazarda təqdim etmişdir. Azercell Rəqəmsal Kartı mobil rabitə bazarında maliyyə xidmətləri sahəsində dönüş nöqtəsinə çevrilərək istifadəçilərə rəqəmsal texnologiyaların imkanlarını daha yaxın və rahat edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti İordaniyanın Kralına təbrik məktubu ünvanlayıb
10:30 25.05.2025
Azərbaycan Prezidenti İordaniyanın Kralına təbrik məktubu ünvanlayıb
Günəşdə güclü alışma baş verib
10:19 25.05.2025
Günəşdə güclü alışma baş verib
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi
10:10 25.05.2025
İlham Əliyev Ukraynanın xarici işlər nazirini qəbul etdi
Bu gün imtahandır - Xankəndidə ilk
10:09 25.05.2025
Bu gün imtahandır - Xankəndidə ilk
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib