“Azercell” rəqəmsal kartının növbəli aktivasiyasına start verib

“Azercell” rəqəmsal kartının növbəli aktivasiyasına start verib
İQTİSADİYYAT
10:19 21.09.2022
331
Lider mobil operator öz rəqəmsal kartını ilk qrup abunəçilərinə təqdim edir. "Azercell”-in yeni "Fintek” layihəsi çərçivəsində özündə həm bank, həm də mobil rabitə imkanlarını birləşdirən "Azercell” rəqəmsal kartı şirkətin rəsmi saytında öncədən sifariş prosesindən keçən məhdud abunəçi qrupu üçün artıq aktiv edilir.

AZXEBER.COM xəbər verir ki, abunəçilər "Kabinetim” tətbiqi vasitəsilə nağdsız hesablaşma, müxtəlif növ ödənişlər və digər əməliyyatları təhlükəsiz şəkildə həyata keçirməyə imkan verəcək rəqəmsal kartın aşağıdakı ilkin xidmət çeşidlərindən yararlana bilər:

Kartın və cüzdanın aktivləşdirilməsi – Kabinetim tətbiqi daxilində Azercell xidmət və satış mərkəzlərinə gəlmədən və heç bir fiziki sənəd imzalamadan rahat və tez bir şəkildə Rəqəmsal Karta qoşulma imkanı.

"Müştərini tanı” (KYC) verifikasiyası – Real zaman rejimində üztanıma texnologiyaları əsasında ucdan-uca rəqəmsal identifikasiya imkanı.

"Apple Pay” - ödəniş kartını üçüncü tərəflərə ötürmədən rahat və təhlükəsiz şəkildə nağdsız ödəniş həyata keçirmək imkanı.

Kartdan karta köçürmə (Card to Card) – ölkədaxili istənilən bank kartına heç bir xidmət haqqı tutulmadan kartdan-karta köçürmə etmək imkanı.

Cüzdandan cüzdana köçürmə (Wallet to wallet) – Azercell Rəqəmsal kartının istifadəçiləri arasında bir cüzdandan digər cüzdana heç bir xidmət haqqı tutulmadan vəsait köçürmə imkanı.

Tətbiq daxilində balansın artırılması – digər bank tətbiqinə keçmədən cüzdanın balansını artırmaq imkanı.

Kommunal ödənişlər – heç bir xidmət haqqı tutulmadan kommunal ödənişlər etmək imkanı.

Layihənin sonrakı gedişatı ilə rəqəmsal kartın təqdim edəcəyi imkanların sayı da genişlənəcək.

Müştərilərə hərtərəfli rəqəmsal təcrübə təklif edən rəqəmsal kart üçün öncədən sifariş iyul ayından etibarən mümkün olub və xidmətin aktiv edilməsi prosesi növbəli şəkildə həyata keçiriləcək.

Həm fakturalı xətt, həm də fakturasız xətt (SimSim) abunəçiləri üçün nəzərdə tutulan "Fintek” layihəsi PAŞA Bank, Visa və AzInTelecom əməkdaşlıq çərçivəsində həyata keçirilir. PAŞA Bank, eyni zamanda rəqəmsal kartın emitenti qismində çıxış edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib