Azercell TEDx Bakı konfransına dəstək oldu

Azercell TEDx Bakı konfransına dəstək oldu
İQTİSADİYYAT
17:56 30.10.2023
261
Budəfəki spikerlər "Qırılma” (Disruption) mövzusu ətrafında birləşərək cəmiyyət və fərdləri dəyişməyə sövq edən təsirlər haqqında fikirlərini bölüşdülər

Lider mobil operator TEDxBakı "Qırılma” tədbirinə dəstək oldu. Bu ilki TEDx Bakı konfransına 150-dən artıq iştirakçı qatıldı.  Tədbirdə yerli və xarici olmaqla 14 spiker çıxış etdi. Spikerlər arasında Lahıcda doğulub-böyümüş, hazırda isə Andorrada yaşayan, mədəni və sosial layihələr həyata keçirən Billurə Bayramova Bernard, sambo və cüdo üzrə dünya və Avropa çempionu Natiq Bağırov, türkiyəli siyasətçi, prezident seçkilərində namizəd olmuş Sinan Oğan, həmçinin Amerika-Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri kimi simalar yer aldı. 

Azərbaycanda ilk TED lisenziyalı tədbir olan TEDxBakı 2010-cu ildən etibarən mütəmadi olaraq keçirilir. Digər TEDx formatlı tədbirlərdən fərqli olaraq, rəsmi lizensiyalı TED konfranslarında həyat və karyeralarında uğurlu nəticələr əldə etmiş qlobal spikerlər çıxış edir.      

Müxtəlif sahələrdən olan ekspertləri bir arada birləşdirən TED (Texnologiya, Əyləncə, Dizayn) konfransları 1984-cü ildən keçirilir. Dövrünün ən aparıcı elmi və texniki naliyyətləri məhz TED konfranslarında müzakirə olunub. İlk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunub, süni intellekt kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olub. Bu günə qədər TED səhnəsində ABŞ-ın keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, "Microsoft”dan Bill Geyts, "Google”’dan Erik Şmidt, rejissor Ceyms Kameron, alim Stiven Havkinq kimi spikerlər çıxış edib.

Azercell bundan sonra da ölkəmizdə gənclərin inkişafına yönəlmiş sosial layihələri dəstəkləməkdə davam edəcək.




OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
17:36 02.07.2025
XİN: Azərbaycan Rusiya tərəfindən günahkarların cəzalandırılacağını gözləyir
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
17:35 02.07.2025
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
17:30 02.07.2025
Üç şəhid Kəlbəcərdə dəfn olunacaq
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
17:25 02.07.2025
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
17:10 02.07.2025
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
16:46 02.07.2025
Ersin Tatar: Prezident İlham Əliyevin dəstəyini hər zaman hiss etmişik
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
16:42 02.07.2025
Azərbaycan və Özbəkistan Prezidentləri mətbuata bəyanatlarla çıxış edir
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
16:29 02.07.2025
Aşura günü qanvermə aksiyasının keçiriləcəyi məkanların siyahısı açıqlanıb
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
16:03 02.07.2025
Qəzalı binalarla bağlı Bakıda xüsusi komissiya yaradıldı
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
16:00 02.07.2025
İyulun ilk ongünlüyündə temperatur ötən ilə görə 3-8 dərəcə aşağı olacaq
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
15:36 02.07.2025
Azərbaycanda yenidən koronavirus yayılır - Rəsmi
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
15:20 02.07.2025
Bakıda Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilir
Filippində yanğın: Minlərlə insan evsiz qaldı
15:09 02.07.2025
Filippində yanğın: Minlərlə insan evsiz qaldı