“Azercell” və ADA süni intellekt üzrə praktiki təlim keçirdi

“Azercell” və ADA süni intellekt üzrə praktiki təlim keçirdi
İQTİSADİYYAT
15:45 07.09.2026
596
"Azercell”in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "AI4Real Bootcamp” intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətləri üzrə təhsil alan tələbələrin böyük marağına səbəb olub.

Seçim mərhələsinin nəticələrinə əsasən, ümumilikdə 14 universiteti təmsil edən 26 tələbə proqramda iştirak hüququ qazanıb.

Proqram süni intellektin müxtəlif sahələrdə praktiki tətbiqini əhatə edib. İştirakçılar real biznes tapşırıqları üzərində işləyib, süni intellektdən istifadə etməklə biznes yönümlü həllər hazırlayıblar. Təlimlər akademik mütəxəssislərin və sənaye ekspertlərinin iştirakı ilə keçirilib.

"Azercell”in Məlumat Analitikası və Süni İntellekt departamentinin baş direktoru Sabir Mərdanov telekommunikasiya sahəsində süni intellektin tətbiqinə dair real nümunələri iştirakçılarla bölüşüb, bu texnologiyaların biznes üçün yaratdığı imkanlar və praktiki faydaları barədə ətraflı məlumat verib. ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Məktəbinin müəllimi Samir Məmmədov, həmçinin universitetin professor-müəllim heyəti və dəvət olunmuş ekspertlər isə öz sahələrində tətbiq edilən AI həlləri və onların praktiki istifadəsi barədə danışıblar.

İntensiv təlim və praktiki sessiyalar iştirakçılara süni intellekt üzrə bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, komanda işi, problem həlli və innovativ düşüncə üzrə təcrübələrini də artırmağa imkan yaradıb.

Proqramın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Ən yüksək nəticə göstərən beş tələbə isə yeni tədris ilində "Azercell” və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçiriləcək hakatonda birbaşa iştirak hüququ qazanıb.

Qeyd edək ki, "Azercell” "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nda müəyyən edilmiş prioritetlərə uyğun olaraq süni intellekt əsaslı həllərin tətbiqini genişləndirir, eyni zamanda bu sahədə bilik və praktiki bacarıqlara malik yeni nəsil mütəxəssislərin yetişdirilməsini dəstəkləyir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
15:55 05.10.2026
Deputat: “Azərbaycan iqtisadi müstəqilliyini tam təmin edib”
Bu həftə hansı bürclər pul qazanacaq?
15:53 05.10.2026
Bu həftə hansı bürclər pul qazanacaq?
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
15:48 05.10.2026
Açılmış qazlı suyu günlərlə içmək təhlükəlidirmi? – Xəbərdarlıq
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
15:37 05.10.2026
Magistraturada “pullu”ya düşən 195 tələbə ödənişsiz təhsil alacaq
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
15:01 05.10.2026
Hacıqabulda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
14:55 05.10.2026
“Ölkəmiz Qarabağ qələbəsinin hesabına yeni geosiyasi status əldə edib” – Zahid Oruc
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
14:50 05.10.2026
Bu müəllimlərin maaşı artacaq - 2500-3000 manat...
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
14:32 05.10.2026
Könül Nurullayeva: “Qarşımızda yeni dövlətçilik vəzifələri dayanır”
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
14:26 05.10.2026
AccessBank-ın tərəfdaşlığı ilə “VətəndəSƏN” II Qarabağ Təhsil Forumu keçirildi - FOTOLAR
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
14:23 05.10.2026
“Azərbaycanın təkbaşına mübarizə aparması mühüm siyasi reallıq idi”
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
14:13 05.10.2026
Bayram günü müəllimlərə hədiyyə alınmalıdır? - Misir Mərdanov danışdı
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
13:57 05.10.2026
Bakıda 18 yaşlı oğlan məktəbin qarşısında öldürüldü
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
13:44 05.10.2026
Qanunsuz plastik əməliyyat edən iki həkim cəzalandırıldı
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
13:41 05.10.2026
Ziyafət Əsgərov: “Qarşımızda duran əsas məsələlərdən biri Qərbi Azərbaycana qayıdışdır”
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
13:19 05.10.2026
“Savadlısan, amma bu xəttin başına bəla olacaq” – Deputatların müəllimlərlə bağlı xatirələri
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq
13:09 05.10.2026
Sabahın havası ilə bağlı xəbərdarlıq - Leysan olacaq