Azercell yerli kommunikasiya sektorunda Big Data texnologiyalarını tətbiq edən ilk şirkətdir

Azercell yerli kommunikasiya sektorunda Big Data texnologiyalarını tətbiq edən ilk şirkətdir
İQTİSADİYYAT
13:45 22.05.2021
504
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə Big Data texnologiyasını tətbiq edən Azercell Telekom bu sahədə ciddi irəliləyiş əldə edib. Sözügedən texnologiyanın qabaqcıl həllərindən istifadə mobil operatorun rəqəmsal transformasiyasını mümkün edib. Hazırda Azercell-in hədəfi abunəçilərin tələbatlarını real vaxt rejimində təyin edərək müvafiq təklifi onlara dərhal göndərən modelləri ərsəyə gətirmək, bununla da müştərilərinin həyatını asanlaşdırmaqdır. Məhz buna görə də bu gün Azercell-in istənilən məhsulunun təməlində Big Data analitikası dayanır.

Mobil operatorlar üçün sərhədsiz imkanlar yaradan bu texnologiya mövcud məlumat platforması, məlumatların saxlanması və işlənməsi ilə bağlı çətinlikləri aradan qaldırıb. Big Data texnologiyası böyük həcmdə məlumatlara sahib olan Azercell şirkətinə onları real vaxt rejimində dərin analizini aparmağa imkan verir. Bu, həm də dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır. Qeyd olunmuş imkanlardan yararlanmaq üçün Azercell Big Data texnologiyasına əsaslanan layihəni icra edir. Bu proses özündə texnoloji, analitik və data aktivlərinin idarə olunması üzrə transformasiyanı nəzərdə tutur.

Texnoloji transformasiya - yerli kommunikasiya sektorunda ilk dəfə olaraq Big Data texnologiyasının tətbiqini; Analitik transformasiya – maşın öyrənməsi, vizuallaşdırma, real vaxt hesabatları və proqnozlaşdırıcı analiz vasitəsilə təhlil proseslərinin effektivliyinin artırılmasını; Data aktivlərinin idarəedilməsi - korporativ səviyyədə məlumatların idarə olunmasını ehtiva edir. Azercell şirkəti artan məlumat həcmi və analitik ehtiyacları təmin etmək üçün Apache Hadoop, Spark və Kafka kimi "opensource” (açıq mənbə) texnologiyalarına əsaslanan Big Data ekosistemini tətbiq edib. Apache Nifi məlumat toplama platformasının tətbiqi ilə məlumatların işlənməsi imkanlarını artırıb. Eyni zamanda, Big Data platforması korporativ səviyyədə olan verilənlər anbarı platformasına inteqrasiya olunaraq şirkət səviyyəsində birləşdirilib.

Azercell SAS və Tableau şirkətlərinin maşın öyrənmə və vizual təhlil platformalarını tətbiq etməklə təhlil imkanlarını daha da təkmilləşdirib. Bu platformaların tətbiqi maşın öyrənməsini, proqnozlaşdırıcı təhlillərin və statistik məlumat modellərinin daha dəqiq və sürətli hazırlanmasını təmin edib. Nəticədə yeni abunə axını (churn) modeli, ikili sim abunə modeli, seqmentasiya modeli və satışın optimallaşdırılması modelləri hazırlanıb. Bu da öz növbəsində müştərilərin dəqiq seqmentlərə bölünməsinə, müştəri axınının qarşısının alınmasına, bazar reallıqlarına daha da uyğun olan məhsul və xidmətlərin hazırlanmasına imkan verib.

Hazırlanmış vahid korporativ idarəetmə panelləri real vaxt rejimində bütün şöbələrin maliyyə və biznes göstəricilərini izləməyə imkan verir. Beləliklə, artıq şirkətin fəaliyyətinin monitorinqi xüsusi panellər vasitəsilə onlayn rejimdə həyata keçirilir, real zaman kəsiyində trafik, servislər və digər detallar haqqında məlumatlar əsasında müvafiq qərarlar qəbul olunur. Bunlar dəyişən bazar şəraitinə çevik reaksiya verib, dərhal tövsiyələr irəli sürməyə fürsət yaradır.

İstifadə edilən hazır proqram təminatları ilə yanaşı, Azercell həm də "opensource” proqram təminatları və maşın öyrənmə kitabxanaları ilə, R və Python proqramlaşdırma dillərindən istifadə etməklə yeni modellər hazırlayır. Bu strategiya isə məlumatların əlavə təhlil imkanlarını zənginləşdirir.

Azercell məlumat idarə olunması layihəsi çərçivəsində bu sahədə "Informatica” kimi aparıcı şirkətin proqram təminatından istifadə edir. Bu layihənin icrası məlumatların idarə edilməsinə, əldə olunmasına, təsnifatlaşdırılmasına imkan verəcək.

Big Data texnologiyaları həm şirkətlərə, həm də müştərilərə yararlıdır, belə ki, şirkət öz hədəf auditoriyasını nə qədər yaxşı tanıyırsa, onlar üçün bir o qədər sərfəli təklif hazırlaya və ya daha çox fərdiləşdirilmiş məhsullar təqdim edə bilər. Digər tərəfdən, Big Data texnologiyası daxili qərar qəbuletmə prosesini optimallaşdırmağa və məlumatların işlənmə xərclərini ümumilikdə azaltmağa kömək edir. Bu isə son nəticədə məhsul qiymətlərinin effektivliyi ilə nəticələnir. Big Data daha öncə əlçatan olmayan imkanlardan və daha dəqiq proqnozlaşdırmadan istifadə edərək rəqabət qabiliyyətini artırmağa şərait yaradır. Həmçinin, cəmiyyətin rifahının daha da artırılmasına xidmət edəcək həlləri yaratmaq imkanı verir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
11:24 18.10.2025
Azərbaycan Prezidenti Xəzər dənizini xilas etmək üçün Xəzəryanı ölkələri birgə tədbirlərə çağırıb
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
11:20 18.10.2025
Başqırtıstanda zavodda partlayış olub, 3 nəfər ölüb
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
11:19 18.10.2025
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
11:12 18.10.2025
Elçinin oğlunun əsərləri Luvr muzeyində sərgiləndi - FOTOLAR
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
10:54 18.10.2025
Tramp Ukrayna münaqişəsinin yeni həll yolunu təklif etdi
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
10:52 18.10.2025
HAMAS keçid mərhələsində Qəzzada nəzarəti saxlamaq niyyətindədir
O da atası kimi adını villasına həkk etdirib - FOTO
10:49 18.10.2025
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
10:44 18.10.2025
Hikmət Hacıyev: Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
10:40 18.10.2025
Maştağada kişi bıçaqlandı - Şübhəli tanışıdır
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
10:37 18.10.2025
Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
10:30 18.10.2025
Belinə bıçaq taxıb küçədə gəzən şəxs həbs edildi
Yol polisi sürücülərə müraciət edib
10:26 18.10.2025
Yol polisi sürücülərə müraciət edib
 İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
10:24 18.10.2025
İlham Əliyev: Qazaxıstanla siyasi münasibətlərimiz yüksək möhkəmliyə malikdir
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
10:21 18.10.2025
Azərbaycan lideri: Bu gün Xəzər dənizi təəssüf ki, bir sıra ciddi ekoloji problemlərlə üzləşir
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
10:17 18.10.2025
Prezident: TDT Azərbaycan və Qazaxıstan arasında əlaqələrin möhkəmlənməsində əsas rol oynayır
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var
10:15 18.10.2025
ABŞ-nin Kolumbiyadakı səfirliyinə hücum edilib, xəsarət alanlar var