‘Azercell’də sensasion yoxlamalar: şirkətdə qanunsuzluqlar araşdırılır

İQTİSADİYYAT
16:26 01.05.2015
2085

“Azercell”də uzun illərdir ki, monopoliya hökm sürür. Azərbaycanın ən iri mobil rabitə operatoru 5 alt distribüterini, 6 xidmət təminatçısını və 400 diler mağazasını TeliaSonera şirkətinə müraciət etmək məcburiyyətində qoyub.

AZXEBER.COMTia.az-aistinadən xəbər verir ki, “Azercell” şirkəti danışıq kartları və nömrələrin satışını 5 alt distribüterinin arasında bölüb. Ona görə də Azərbaycanda mobil xidmətin dəyəri ən bahadır. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.

Müraciət müəllifləri bu dözülməz rəqabət mühitinə son qoyulmasını, inhisarçılığın aradan qaldırılmasını tələb edirlər. Xəbərə görə, “TeliaSonera” şirkəti öz törəməsi olan “Azercell”dən bu biabırçılığa son qoyulmasını tələb edib.

Digər məlumata görə, İqtisadiyyat və Sənaye nazirliyinin Antiinhisar Dövlət Xidməti “Azercell”in alt distribüterlərinin və dilerlərin yaratdığı qeyri- qanuni qurumda yoxlama aparmaq fikrindədir. “Azercell”in yaratdığı “çoxmərtəbəli” şəbəkə çökmək təhlükəsi ilə üz-üzədir. Şirkətin qeyri-qanuni qurumları iqtisadi sabotajla məşğuldur. 

OXŞAR XƏBƏRLƏR