“Azercell”dən 4G “MiFi” ilə daha sürətli internet bağlantısı!

“Azercell”dən 4G “MiFi” ilə daha sürətli internet bağlantısı!
İQTİSADİYYAT
10:30 02.07.2021
842
Hədiyyəli "MiFi” cihazı eyni anda 10-a qədər istifadəçiyə rahatlıqla internet şəbəkəsi paylaya bilir

Keyfiyyətli, eyni zamanda effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru "Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir. Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni "MiFi M25” cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-a yaxın istifadəçi üçün sürətli internet bağlantısını təmin edir. 

Kiçik ölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır.

İstifadəçilər üçün önəmli cəhətlərdən biri də "MiFİ” avadanlığının enerjiyə qənaət funksiyasıdır -  cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar. 

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir 4G "MiFi” cihazla birgə 1 ədəd "Data tarifi”ndə olan Fakturasız xətt nömrəsi təqdim olunur. Abunəçilər cihazı "Azercell” Eksklüziv Mağazaları və "Azercell”in rəsmi diler dükanlarından əldə edə bilərlər. 

Kampaniya haqqında daha ətraflı məlumat üçün bu linkə keçid almaq tövsiyə edilir:

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi "Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi "Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. "Azercell” ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının "İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq "Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz "Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, "Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. Mobil operator "Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

"Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, "Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
14:20 21.08.2025
DİM: Universitetlərə yerləşdirmənin nəticələri gələn həftə elan olunacaq
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
13:51 21.08.2025
İlham Əliyev: Laçın şəhərində kanat yolu gələn il hazır olacaq
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
13:50 21.08.2025
İqtisadçı AQTA-ya səsləndi: "Cəld yoxlama mexanizmi olmasa, zəhərlənmələr davam edəcək"
Avqust pensiyaları tam ödənildi
13:36 21.08.2025
Avqust pensiyaları tam ödənildi
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
13:07 21.08.2025
67 yaşlı ulduzdan alt paltarsız - FOTOLAR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Şəmkirdə dönərdən kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb