“Azercell"in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir

“Azercell"in Barama Mərkəzi Gəncədəki startapçı gənclərə dəstəyini davam etdirir
İQTİSADİYYAT
16:55 12.10.2018
3637

"Azercell Telekom” MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi PAŞA Bankın dəstəyi ilə yerli startapların inkişafında öz iştirakını davam etdirir. Mərkəz əməkdaşları bu dəfə Azərbaycan Texnologiya Universitetində fəaliyyət göstərən Barama Gəncə Mərkəzində startapları bir araya gətirib.

 "Startapçı həyatından bir gün” adlı bu görüş biznes ideyalarının stimullaşdırılmasını və praktik biliklərin paylaşılmasını təmin etmək məqsədi daşıyıb. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları sahibkarlıq haqqında maarifləndirici məlumatları startaplarla bölüşərək, öz işlərini qurmaq üçün onlara dəyərli məsləhətlər veriblər. Mərkəz əməkdaşları eyni zamanda sahibkar olmağın çətinlik və üstünlükləri haqqında danışıb, görüş iştirakçılarının suallarını cavablandırıblar. Həmçinin, Mərkəzin rezindentlərindən olan "Owbike” startap-ının rəhbəri Həsənağa Azad da bu görüşdə öz təcrübəsini paylaşıb. "Niyə startapçı olmalısınız?”, "Startap qurmağa nədən başlamaq lazımdır?”, "Nələrə diqqət edilməlidir?” kimi suallara tam ətraflı və detallı cavab verib, dünya təcrübəsinə əsaslanan məlumatları yerli entuziast gənclərlə paylaşıb.

Gəncədə keçirilən tədbir möhtəşəm ideyası olan və öz biznesinə başlamaq istəyən, və yaxud hələ konkret bir ideyası olmayan, amma sahibkar olmaq istəyən insanlar üçün əla fürsət olub.

Qeyd edək ki, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi Gəncədə fəaliyyət göstərən startaplara dəstək olmaq məqsədilə indiyə qədər bir çox layihələr reallaşdırıb. PAŞA Bankın dəstəyi ilə ötən il Gəncə şəhərində Barama İnnovasiya və Sahibkarlıq mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin açılmasında əsas məqsəd gənclərin innovativ ideyalarını reallaşdırmaqda onlara dəstək olmaq, Startup mövzusunda təlim və seminarlar, maraqlı görüşlər təşkil etmək, gənclər tərəfindən müxtəlif mövzularda layihələrin yaradılmasına yardımçı olmaq, universitetdə təhsil alan tələbələrin Barama Mərkəzinə layihələrini təqdim etməsinə imkan yaratmaqdır. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Prezidenti Vladimir Putini təbrik etdi
11:07 12.06.2025
Azərbaycan Prezidenti Vladimir Putini təbrik etdi
Röya Ayxandan “Qürur” – sözün, musiqinin və hissin qovuşduğu yeni layihə
11:05 12.06.2025
Röya Ayxandan “Qürur” – sözün, musiqinin və hissin qovuşduğu yeni layihə
Bakıda bu taksilər pulsuz imiş – Ödəniş etməyə bilərsiniz
10:57 12.06.2025
Bakıda bu taksilər pulsuz imiş – Ödəniş etməyə bilərsiniz
TuranBank 33 yaşını qeyd edir
10:52 12.06.2025
TuranBank 33 yaşını qeyd edir
ADNSU və Lissabon NOVA Universiteti elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək
10:49 12.06.2025
ADNSU və Lissabon NOVA Universiteti elmi-tədqiqat sahəsində əməkdaşlıq edəcək
ABŞ İranın zərbə məsafəsində olan səfirliklərinə göstəriş verib
10:38 12.06.2025
ABŞ İranın zərbə məsafəsində olan səfirliklərinə göstəriş verib
Göygöldə quyuya düşən şəxs xilas olunub
10:35 12.06.2025
Göygöldə quyuya düşən şəxs xilas olunub
Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb
10:32 12.06.2025
Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb
İsveç XİN başçısı: Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməlidir
10:31 12.06.2025
İsveç XİN başçısı: Aİ İsrail nazirlərinə qarşı sanksiyalar tətbiq etməlidir
İlham Əliyev TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul şəxslərinin 2-ci iclasının iştirakçılarına müraciət edib
10:30 12.06.2025
İlham Əliyev TDT-nin ailə məsələləri və sosial siyasət sahəsinə məsul şəxslərinin 2-ci iclasının iştirakçılarına müraciət edib
Qəzada yaralanan sürücü xəstəxanada öldü - Foto
10:28 12.06.2025
Qəzada yaralanan sürücü xəstəxanada öldü - Foto
Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb
10:24 12.06.2025
Ötən ay xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb
13 - 16 iyun İRŞADDA, daha sərfəlisi real endirimlərlə "Yaşıl Cümə"də!
10:00 12.06.2025
13 - 16 iyun İRŞADDA, daha sərfəlisi real endirimlərlə "Yaşıl Cümə"də!
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
09:59 12.06.2025
İrandan Azərbaycana 75 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib - FOTOLAR
09:55 12.06.2025
Azərbaycan və Gürcüstan hərbi tibb mütəxəssisləri arasında görüş keçirilib - FOTOLAR
Azərbaycan neftinin qiyməti 72 dolları keçib
09:45 12.06.2025
Azərbaycan neftinin qiyməti 72 dolları keçib