“Azercell” şirkətinin rəhbəri dəyişdirilib. Bu barədə “Qafqazinfo”ya eksklüziv olaraq etibarlı mənbələrdən məlumat daxil olub. Məlumatda bildirilir ki, bu gün “Buta Palace”də bununla bağlı toplantı keçirilib. Toplantı şirkətin bu vaxta qədər prezidenti olan Ali Ağanla vida məqsədi daşıyıb. Artıq yeni rəhbərin kimliyi də məlumdur. Həmin şəxs “Telia Sonera” Şirkətlər Qrupuna məxsus qurumlardan birində çalışıb.Ali Ağanın isə fəaliyyət müddəti bitdiyindən o Azercell-in də daxil olduğu “Telia Sonera” qrupuna məxsus xarici ölkələrdən birindəki şirkətdə fəaliyyətini davam etdirəcək.Qeyd edək ki, bununla bağlı yaxın günlərdə mətbuat konfransı keçiriləcək və yeni prezident də ictimaiyyətə təqdim olunacaq.Xatırladaq ki, Ali Ağan 2009-cu ilin yanvarından Azercell Telecom-a rəhbərlik edir.