“Azercell”in “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı - Fotolar

İQTİSADİYYAT
13:59 27.08.2019
3995

"Azercell Telekom”un iyul ayından başlayaraq "Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında ölkəmizin müxtəlif regionlarında həyata keçirdiyi layihə öz yekun sədasını avqustun 26-da qədim Gəncə şəhərindən yayımlanıb. 

Bu məqamda bildirək ki,  bütün Azərbaycanı yeni bağlantı erasına hazırlayan "Azercell Telekom” özünün 4G şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə ölkə əhalisini əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail olub. 

 

Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alınıb. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi Azercell-in 4G şəbəkəsinin əhatə dairəsində olub və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.

Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn texnoloji trendləri hamı üçün əlçatan etmək olan "Azercell Telekom” iyul ayının 29-dan etibarən Gəncə də daxil olmaqla Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndi, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkir bölgələrində baş tutan "Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 130 000-ə yaxın insanı bir araya toplayıb. 

Digər bölgələrdə olduğu kimi, Gəncədə də keçirilən əyləncəli tədbir öz ətrafına 20 000-dən çox şəhər sakinini toplayıb. Əhali tərəfindən böyük maraqla qarşılanan tədbirlərdə müasir interaktiv əyləncələr və intellektual oyunlar geniş yer alıb.

Bununla yanaşı, budəfəki tədbirə İnnovasiyalar Agentliyinin startapçısı, "CustomAR” şirkətindən Fərid Davudov "Yüksəklik” oyunu ilə qatılıb. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına Azercell tərəfindən müxtəlif hədiyyələr təqdim edilib.  Layihə çərçivəsində iştirakçılar mobil qurğuların texniki imkanları, texnoloji yeniliklərin insan həyatını necə rahatlaşdıra biləcəyi haqda məlumatlandırılıb.

Qeyd edək ki, axşam saatlarında keçirilən genişmiqyaslı əyləncəli proqramla yanaşı, bu səfər də cəmiyyətə qayğı və sosial məsuliyyəti hədəf tutaraq ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən SOS Uşaq Kəndi, qaçqın və məcburi köçkün düşərgələri, eləcə də, Gəncə şəhər Uşaq Evinin sakinlərini əhatə edib. Belə ki, Azercell-in dəstəyilə fəaliyyət göstərən "Mobil Göz” və "Mobil Diş” klinikaları Gəncə SOS Uşaq Kəndində 70-dən çox uşağı müayinədən keçirib və ilkin müalicələr aparıblar. Kəndin balaca sakinlərinə, həmçinin, Azercell-dən məktəb ləvazimatları və hədiyyələr də paylanılıb.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ilə birgə Azercell-in nümayəndə heyəti, həm də, Gəncədə məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkün ailələrini də ziyarət edib, onlara da öz hədiyyələrini təqdim ediblər. Layihənin sosial məsuliyyət təşəbbüsləri

Gəncədə yerləşən Uşaq Evini də əhatə edərək, yeni tədris ili ərəfəsində 70 uşağı yeni məktəb ləvazimatları ilə sevindirib.

Beləliklə, Gəncədə keçirilən tədbirlə mobil operator müxtəlif regionlarda Azərbaycan əhalisinin rəqəmsal dünyanın yenilikləri ilə tanış olmasına, isti yay aylarında innovativ həllər vasitəsilə əyləndirilməsinə və sosial qayğıya ehtiyacı olan sakinkərin rifahının yüksəldilməsinə yönəlik tədbirlər silsiləsinə yekun vurmuş olub. 

 

 





OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
12:02 26.02.2025
HƏMAS və İsrail razılaşdı - Əsir mübadiləsi eyni vaxtda həyata keçiriləcək
11:52 26.02.2025
13 illik həyat yoldaşından boşanan müğənni Farahla sevgilidir
11:43 26.02.2025
Suriya xalqı İsrailin hücumlarını qınamaq üçün küçələrə çıxdı
11:42 26.02.2025
16 nəfərin ölümünə səbəb olan etil spirti məsələsi ARAŞDIRILIR
11:37 26.02.2025
Göygöldə hamilə qadın və körpənin ölümü ilə bağlı TƏBİB-dən AÇIQLAMA
11:32 26.02.2025
"Vətəndaş mətbəxdə diş çəkdirirsə, Səhiyyə Nazirliyi buna cavabdeh ola bilməz"
11:30 26.02.2025
Regionlarda gənclərin iştirakı ilə Xocalı qurbanları yad edilib - FOTOLAR
11:18 26.02.2025
"Plastik cərrahiyyə ilə məşğul olmağa icazəsi olan mütəxəssislərin siyahısı açıqlanacaq"
11:14 26.02.2025
Xocalını sonuncu tərk edən Ramiz Məmmədov: "Ölmüş anasının sinəsində donan uşaq gördüm"
10:42 26.02.2025
Bakıya yenidən qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
10:41 26.02.2025
Nazlı Sabancı soyadını sildi - Boşanırlar
10:35 26.02.2025
Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək
10:20 26.02.2025
İlham Əliyev və Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər
10:16 26.02.2025
Türkiyə XİN: Azərbaycanın ağrısını qəlbimizdə daşıyırıq
10:13 26.02.2025
Ceyhun Bayramov Səudiyyə Ərəbistanına getdi
09:58 26.02.2025
Zığda evdə yanğın olub - Ölən var