Prezident İham Əliyev E.S.Pirverdiyevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AZXEBER.COM AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Etibar Sinabəddin oğlu Pirverdiyev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti vəzifəsindən azad edilsin.
Qeyd edək ki, iyul ayında Mingəçevir İstilik Elektrik Stansiyasında baş verən qəza nəticəsində ölkə ərazisi bir neçə gün işıqsız qalmışdı.