“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu

“Azərenerji”nin yeni prezidenti kollektivə təqdim olundu
SOSİAL
13:08 05.09.2018
2313
Bu gün "Azərenerji” ASC-nin yeni prezidenti  Balababa Rzayev kollektivə təqdim olunub.
 
AZXEBER.COM xəbər verir ki, bir qədər əvvəl təqdimat başa çatıb. 

Qeyd edək ki, dünən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə Etibar Pirverdiyev vəzifəsindən azad olunub, Balababa Rzayev isə "Azərenerji” ASC-nin yeni sədri təyin edilib.

Xatırladaq ki, B. Rzayev  2006-2015-ci illərdə "Bakıelektrikşəbəkə" ASC-nin İdarə Heyətinin Sədri vəzifəsində işləyib.  2015-ci ildə isə "Azərişıq" ASC-nin Sədri vəzifəsinə təyin olunub.
OXŞAR XƏBƏRLƏR