"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO

"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
İQTİSADİYYAT
17:03 06.07.2026
185
2016-cı ildə yalnız "Çovdar" qızıl yatağının istismarı ilə fəaliyyətə başlayan "AzerGold" QSC ötən 10 il ərzində Azərbaycanın dağ-mədən sənayesinin aparıcı müəssisələrindən birinə çevrilib. Bu müddətdə Cəmiyyət fəaliyyət coğrafiyasını və istehsal potensialını ardıcıl şəkildə genişləndirərək iki mədən layihəsinin icrasını uğurla başa çatdırıb, hazırda isə 3 istismarda olan, yaxın perspektivdə istismarına hazırlıq işləri görülən 3 və tədqiqat-qiymətləndirmə mərhələsində olan 7 mədən layihəsi üzrə fəaliyyətini davam etdirir.

AZXEBER.COM xəbər verir ki, 10 illik fəaliyyət dövründə "AzerGold" QSC tərəfindən ümumilikdə 558 330 unsiya qızıl və 1 055 413 unsiya gümüş hasil edilərək iqtisadi dövriyyəyə cəlb olunub.

Eyni zamanda 590 288 unsiya qızıl və 1 087 052 unsiya gümüş yerli və beynəlxalq bazarlarda uğurla satılıb.

Qeyri-neft sektorunun əsas ixracatçılarından biri kimi mövqeyini möhkəmləndirən Cəmiyyət qiymətli metalların satışından son 10 ildə 2 milyard 178 milyon manat gəlir əldə edib.
 
Bu məbləğin 2 milyard 20 milyon manata yaxını ixrac əməliyyatları, 157 milyon manatdan çoxu isə daxili bazarda satış hesabına formalaşıb. Bu nəticələr "AzerGold" QSC-nin ölkənin ixrac potensialının artırılması və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm rolunu bir daha təsdiqləyir.

Səmərəli maliyyə nəticələri dövlət büdcəsinə də mühüm töhfə verib. Ötən 10 il ərzində əldə olunan gəlirlər hesabına dövlət büdcəsinə 255 milyon manat vergi, 40,3 milyon manat sosial ödəniş həyata keçirilib. Bununla yanaşı, "AzerGold" QSC nümunəvi vergi ödəyicisi kimi öz mövqeyini daha da möhkəmləndirib.

Əməyin mühafizəsi və təhlükəsiz iş mühitinin təmin edilməsi Cəmiyyətin əsas prioritetlərindən biri olaraq qalır.

Bu istiqamətdə həyata keçirilən sistemli tədbirlər nəticəsində 10 il ərzində 8 milyon saatdan artıq xəsarətsiz iş göstəricisi qeydə alınıb ki, bu da beynəlxalq sənaye standartlarına uyğun təhlükəsizlik mədəniyyətinin formalaşdırıldığını göstərir.

Regionların sosial-iqtisadi inkişafına töhfə verən "AzerGold" QSC fəaliyyət göstərdiyi ərazilərdə minlərlə insan üçün məşğulluq yaradıb. Hazırda Cəmiyyət və onun törəmə şirkətləri – "Daşkəsən Dəmir Filiz" MMC və "AzerBlast" MMC-də 1171 nəfər, podratçı şirkətlərdə isə 1469 nəfər çalışır. Beləliklə, ümumilikdə 2640 nəfər birbaşa və dolayı yolla Azərbaycanın dağ-mədən sənayesinin inkişafına töhfə verir.
 

Son beş ildə "Made in Azerbaijan" brendi altında ölkəmizin zəngin tarixi, mədəniyyəti və milli irsinin təbliğinə xidmət edən 25 investisiya məhsulu hazırlanıb. Məhsul portfelinə 14 qızıl və 11 gümüş xatirə sikkəsi, həmçinin 1 qramdan 1000 qrama qədər qızıl, 250, 500 və 1000 qramlıq gümüş külçələr daxildir. Yüksək əyarlı qiymətli metallardan hazırlanan bu məhsullar həm milli dəyərlərin tanıdılmasına, həm də investisiya və hədiyyə seçimi kimi bazarın tələbatının ödənilməsinə xidmət edir.

Geoloji kəşfiyyat istiqamətində də "AzerGold" QSC region üçün yenilikçi yanaşmalar tətbiq edir.

Cəmiyyət Qafqaz regionunda ilk dəfə olaraq qeyri-invaziv geoloji kəşfiyyat texnologiyalarından – aeroelektromaqnetik və hiperspektral tədqiqatlardan istifadə edir.

Müasir, innovativ və ekoloji baxımdan təhlükəsiz texnologiyalar geoloji axtarışların daha dəqiq aparılmasına, perspektivli filiz sahələrinin operativ müəyyənləşdirilməsinə və yüksək maliyyət tələb edən buruqqazma işlərinin həcminin əhəmiyyətli dərəcədə azaldılmasına imkan yaradır. Sosial məsuliyyət fəaliyyətin ayrılmaz hissəsi olaraq son 10 ildə də prioritet istiqamətlərdən biri olub.

Fəaliyyət göstərilən regionlarda yerli icmaların rifahının yüksəldilməsi məqsədilə 100-dən çox sosial layihə həyata keçirilib. Bu təşəbbüslər əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, ətraf mühitin qorunması, təhsil, səhiyyə və digər mühüm sahələri əhatə edib.

Məhz həyata keçirilən uğurlu korporativ sosial məsuliyyət fəaliyyəti nəticəsində "AzerGold" QSC Azərbaycanda "Milli KSM Mükafatı"na layiq görülən ilk dövlət şirkəti olub.
 
10 il ərzində əldə olunan uğurlar "AzerGold" QSC-nin yalnız etibarlı istehsalçı və ixracatçı deyil, həm də innovativ yanaşmaları, yüksək təhlükəsizlik standartları, sosial məsuliyyəti və dayanıqlı inkişaf prinsiplərinə sadiqliyi ilə seçilən müasir dövlət şirkəti olduğunu nümayiş etdirir.

Qarşıdakı dövrdə də Cəmiyyət yeni mədən layihələrinin reallaşdırılması, qeyri-neft sektorunun inkişafına daha böyük töhfələrin verilməsi və ölkənin mineral ehtiyatlarının səmərəli idarə olunması istiqamətində fəaliyyətini davam etdirəcək.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
18:22 06.07.2026
HAMAS Qəzzada idarəetmə orqanını ləğv etdi
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
18:09 06.07.2026
Ukrayna Omskda Neft Emalı Zavoduna dron hücumu etdi
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
17:58 06.07.2026
Azərbaycanlı abituriyentlər üçün böyük fürsət: İstanbulun mərkəzində bir dünya universiteti tələbə qəbuluna başladı
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
17:57 06.07.2026
Dənizdə boğulanların statistikası niyə yoxdur? – Qurumlar məsuliyyəti bir-birinə ötürür
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
17:47 06.07.2026
Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
17:36 06.07.2026
Yayda dərinizi günəş ləkələrindən belə qoruyun - 4 vacib qayda
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
17:34 06.07.2026
Kirayə mənzil axtaranlara pis xəbər: Qiymətlər 15-20 faiz bahalaşa bilər
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
17:28 06.07.2026
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
17:10 06.07.2026
AZAL bəzi reysləri təxirə saldı – Sərnişinlərə xəbərdarlıq
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
17:09 06.07.2026
Piyadaların qayda pozuntusu qəzalara yol açır – Ekspertdən xəbərdarlıq
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı