Azəri qızı Güneldən keçmiş sevgilisi ilə Ebru Gündəşin boşanmasına maraqlı reaksiya- FOTOLAR

Azəri qızı Güneldən keçmiş sevgilisi ilə Ebru Gündəşin boşanmasına maraqlı reaksiya- FOTOLAR
MAQAZİN
14:17 10.10.2016
16667
Rza Zərrabın keçmiş sevgilisi Azəri qızı Günel Ebru Gündəşin ərindən boşanmasına qəribə reaksiya verib.
 
Məşhur müğənni jurnalistlərin suallarına cavab verməyib. O, bu barədə danışmaq istəmədiyini söyləyib. Lakin Günel barmağı ilə qələbə işarəsini göstərib, təbəssüm pozaları verib.
 
Xatırladaq ki, Rza Zərrabla Günel 10 il sevgili olub. Milyarderin Ebru Gündəşlə tanışlığından sonra cütlük qalmaqallı şəkildə ayrılıb. Qeyd edək ki, müğənni Ebru Gündəş bu yaxınlarda, boşanma qərarından sonra ilk dəfə səhnəyə çıxıb.
 
Konsertdən sonra məkanı arxa qapıdan tərk etməyə hazırlaşan Ebru əri ilə boşanması haqda xəbərlərə gülümsəyərək cavab verib. Jurnalistlərə heç bir münasibət bildirməyən ifaçı əllini yelləyərək məkandan uzaqlaşıb. /// publika.az
 

OXŞAR XƏBƏRLƏR