Uşaq vaxtlarından Türkiyəyə üz tutan və orada Azəri qızı Günel kimi tanınmağa başlayan gənc müğənninin ad günüdür.
Məlumata görə, hal-hazırda da Türkiyədə yaşayan sənətçinin 28 yaşı tamam olub. İlk təbrik edən isə Türkiyə vətəndaşı olan nişanlısı və ailəsi olub. Günel ad günü ilə bağlı fikirlərini şəxsi facebook səhifəsində paylaşıb: “Bu gün mənim doğum günümdür, 28 yaşım oldu. Hər yaşın ayrı gözəlliyi var, özümü hələ də 18 yaşındakı kimi hiss edirəm. Artıq yetişkin bir gənc qızam. İlk olaraq Allahıma şükür edirəm ki, damarımda musiqi dolu qan axır. Rəhman və Zöhrənin övladı olub, sevgi ilə doğulduğum, bacım Musinin və qardaşım Tunarın olduğu üçün şükür. İsti, sevgi dolu bir ailəm olduğu üçün xoşbəxtəm. Məni çox sevən sevgilim İno (İnanc Başəyməz) olduğuna şükür edirəm”.(Ans press)



