Azərin 'Xoca' filminə görə təşəkür etdi - VİDEO

MƏDƏNİYYƏT
09:15 28.02.2013
1429
Azərbaycanın Əməkdar artisti, Türkiyənin “TRT Avaz” kanalında “Bir Avaz” verilişinin aparıcısı olan Azərin rejissor Vahid Mustafayevin Xoca filmindən danışıb. Kinonun effektiv bir təbliğ vasitəsi olduğunu deyən müğənni Xocalı faciəsini bütün dünyaya çatdıran Xoca filmini çəkdiyi üçün Vahid Mustafayevə təşəkkürünü bildirib.“Bu gün mədəniyyətlə səsimizi dünyanın hər yerinə çatdıra bilərik. Təbii ki, mədəniyyət də sadəcə musiqidən ibarət deyil. Mədəniyyətin müxtəlif sahələri var ki, buna teatr sənəti, kino və s. daxildir. Kino məsələsinin üzərində xüsusilə dayanmaq istəyirəm. Çünki bilirsiniz ki, kino psixolojik bir silahdır. Dünyanın hər yerində insanlara bu vasitə ilə, incəsənətin bu sahəsi ilə dərdimizi, məruz qaldıqlarımızı effektiv çatdıra bilərik. Bu gün Azərbaycan törədilən soyqırımının dünyaya çatdırılmasında zəhməti olan hər kəsə təşəkkür edirəm. Bu günlərdə dünyanın müxtəlif ölkələrindəki kino-tetrlarda Vahid Mustafayevin “Bakıfilm” kinostudiyasında çəkdiyi Xoca filmi nümayiş olunur və Xocalı faciəsini insanlara çatdırır. Bu filmə görə Vahid Mustafayevə öz təşəkkürümü bildirirəm".

OXŞAR XƏBƏRLƏR