"Azəriqaz" məscid və məbədlərə qazın verilməsinə limit qoydu

"Azəriqaz" məscid və məbədlərə qazın verilməsinə limit qoydu
SOSİAL
17:13 12.07.2017
2918

 

437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

Azəriqaz İB-dən verilən məlumata görə, İB abonentlərinin sayı 2 milyonu keçib.

Yanvar-iyun ayı ərzində "Azəriqaz” əhali sektoru üzrə 46 024 yeni abonenti qeydiyyata alıb, bunun da 21 705-i Bakı, Abşeron və Sumqayıt ərazisinə düşür. 24 319-ü isə regionlar üzrədir.

Bununla da ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 050 664-ə çatıb.

01 iyul 2017-ci il tarixə olan məlumata görə, qeyri-əhali sektoru üzrə 437 məscid və dini məbədə təbii qazdan istifadə üçün limit ayrılıb.

OXŞAR XƏBƏRLƏR