‘Azəriqaz’dan AXCP-nin qərərgahında baş verən partlayışla bağlı – AÇIQLAMA

‘Azəriqaz’dan AXCP-nin qərərgahında baş verən partlayışla bağlı –  AÇIQLAMA
SİYASƏT
15:37 04.03.2014
1342

Martın 3-də Azərbaycan Xalq Cəbhəsinin (AXCP) qərargahında baş verən partlayışla bağlı, bəzi mətbuat orqanlarının yayımladığı iddialara “Azəriqaz” İstehsalat Birliyi tərəfindən cavab gəlib.

“Azəriqaz” İstehsalat Birliyi AZXEBER.COM-a göndərdiyi açıqlamada partlayışın, qurumla heç bir əlaqəsi olmadığını bildirib.

Açıqlamanı olduğu kimi təqdim edirik:

“3 mart 2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu T.Şıxəliyev küçəsi 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsində yanğınla müşayiət olunan partlayışla əlaqədar ictimaiyyətin düzgün məlumatlandırılması məqsədi ilə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi bildirir ki, bu hadisənin təbii qazla heç bir bağlılığı yoxdur.

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatında qeyd edildiyi kimi, “hadisə yerinə ilkin baxış zamanı biri tam dağılmış, digəri isə yanğının təsirinə məruz qalmış 2 ədəd propan qaz balonu aşkar edilmiş, təmizləmə işləri aparılmaqla hadisə yerinə baxışın keçirilməsi davam etdirildiyi zaman isə qeyri-yaşayış sahəsinin alqı-satqı üçün icarəyə götürülmüş hissəsində, qapıdan sol tərəfdə olan yanğından sonrakı qalıqların arasından masa üstü tipli bir gözlü qaz plitəsi, ona qoşulmuş rezin qaz borusu, rezin qaz borusunun əlavə hissəsi, otağın təxminən orta hissəsində qaz balonunun parçalanmış gövdəsinin bir hissəsi, qapı ilə üzbəüz olan divarın yanında qaz balonunun gövdəsinin altlığı və qaz plitəsinin üzərinə qoyulan metal barmaqlıq, eləcə də müxtəlif növ elektrik naqilləri, üçlüklər və bir ədəd elektrik açarı aşkar olunaraq götürülmüşdür.

Baxış zamanı qeyri-yaşayış sahəsinin alqı-satqı ofisi kimi icarəyə götürülmüş otağının arakəsmə divarlarının dağılma və uçma əlamətlərinə əsasən, partlayışın (yanğının) mənbə zonasının məhz həmin otağın içərisində yerləşməsi müəyyən edilmişdir.Həmin otağın içərisində qaz balonlarının və üzərində rezin boru birləşməsinin olduğu qaz avadanlığının aşkar edilməsi, həmçinin onların üzərində dağılma və parçalanma izlərinin mövcud olması partlayışın məhz həmin qaz avadanlıqlarından düzgün istismar edilməməsi nəticəsində baş verməsinə xarakterikdir”.

“Azəriqaz” İB bir daha bütün abonentlərə qazdan istifadə edərkən ehtiyatlı olmağı tövsiyə edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
17:46 27.07.2026
Azərbaycan səhiyyəsi beynəlxalq tədbirdə mükafat qazandı - FOTOLAR
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
17:44 27.07.2026
Marsol Group-un işgüzar Naxçıvan səfəri başa çatdı - FOTOLAR
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
17:34 27.07.2026
Bərdə xəstəxanasında yayılan görüntülər gündəm oldu – TƏBİB-dən açıqlama
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
16:58 27.07.2026
İş saatları neçə saat olmalıdır? - "Həftənin günləri azalsa, daha yaxşı olar" – VİDEOSORĞU
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
16:55 27.07.2026
İnsan niyə daim daha artığını axtarır? – Psixoloqdan açıqlama
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
16:39 27.07.2026
MEDİA: "Səhər" və "Mehr"in Azərbaycandakı fəaliyyəti qanunsuz hesab edilir
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
16:29 27.07.2026
Lerikdə 9 kiloqram narkotik vasitə aşkarlandı
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
16:18 27.07.2026
Hövsanda dənizdə 4 nəfər batdı: 3-ü xilas edildi, 1-i boğuldu
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
16:13 27.07.2026
Kartını itirənlər üçün vacib sual: Çiplə kartı tapmaq olarmı?
Küləkli hava nə vaxta qədər davam edəcək?
16:06 27.07.2026
Küləkli hava nə vaxta qədər davam edəcək?
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
15:50 27.07.2026
Bakıda ilanların sayında kütləvi artım – Səbəbi açıqlandı
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
15:23 27.07.2026
Fransa və İspaniyaya Aİ-dən yanğın dəstəyi
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
15:13 27.07.2026
Güclü küləyin görünməyən təhlükələri: Evdə və küçədə nələrə diqqət etməliyik?
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
15:08 27.07.2026
Fransada meşə yanğınları: 4 vilayətdə hava keyfiyyəti həyəcan səviyyəsinə düşdü
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
15:03 27.07.2026
Azərbaycanda atalıq məzuniyyətinə çıxanların sayı açıqlandı
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO
14:53 27.07.2026
"Bolt" sürücüsündən sərnişinə qeyri-etik hərəkət - VİDEO