"Azəriqaz"ın "gücləndirilmiş iş rejimi"ndən ŞİKAYƏTLƏR - "Hələ də qazsız qalmışıq" - VİDEO

"Azəriqaz"ın "gücləndirilmiş iş rejimi"ndən ŞİKAYƏTLƏR - "Hələ də qazsız qalmışıq" - VİDEO
SOSİAL
20:17 02.01.2026
792
Paytaxtda və bir sıra bölgələrdə smart-kart tipli sayğacdan istifadə edən vətəndaşlar ciddi problemlə üzləşiblər. Dünəndən başlayan problem hələ də öz həllini tapmayıb.

Belə ki, ödəniş terminallarında karta vəsait yüklədikdə məbləğ balansda əksini tapmır. Məsələ ilə bağlı vətəndaşlar Baku TV-nin qaynar xəttinə müraciət ediblər.

Vətəndaşlardan biri bildirib ki, qaz idarəsinə müraciət edən zaman "bu gün iş günü deyil" cavabını alıb: "Ayın 4-ü iş günüdür. Deməli, biz 4-nə qədər qazsız qalmalıyıq? Telefonda mənə dedi ki, mənim iş günüm deyil, mən oraya gəlsəm, mənim hörmətimi edəcəksən?"

Digər şikayətçi isə qeyd edib ki, dünəndən evlərində qaz kəsilib: "Ötən gün saat 4-5 radələrindən kartda pul qurtardığına görə "E-manat", "MilliÖn" terminallarından yükləmə etmək istəyirik, yazılır ki, "abonent məlumatları tapılmayıb". Bizə deyirlər ki, iki saatdan sonra düzələcək, dünən də eyni vədi verdilər. Şaxtalı havada hamının ailəsi, uşağı onun-bunun qapısındadır".

"Evdə anam 40 dərəcə qızdırma ilə yanır, körpə uşaq da onun kimi. Evdə qaz yox, işıqlar sönür-yanır. Kimə deyək dərdimizi?" - deyə daha bir şəxs vurğulayıb.

Yeni ilin ilk günlərindən bəzi ərazilərdə yaşayan vətəndaşlar bu problemlə qarşı-qarşıyadırlar. İstirahət günlərində gücləndirilmiş iş rejimində işləməli olan "Azəriqaz"ın əməkdaşları isə, görünür, özləri istirahətdən qalmayıb vətəndaşları çətin vəziyyətdə qoyublar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
17:43 18.09.2026
Makronun həyat yoldaşı ilə bağlı məhkəmədə bəraət qazanan jurnalist vəfat etdi
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
17:39 18.09.2026
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görüldü
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
17:28 18.09.2026
“Qarabağ” və “Neftçi” oynayır: Favoritlər kimlərdir?
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
17:19 18.09.2026
Rabitəbank 32-ci filialını Bakıxanovda açdı - FOTOLAR
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
17:12 18.09.2026
Marsol Group və TESİAD üzvləri arasında B2B görüş keçirildi - FOTOLAR
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
17:08 18.09.2026
Elm ocağı ikinci evdirsə, səhv edən tələbəyə niyə qapı göstərildi? - Şahanə Ziyad yazır
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
16:55 18.09.2026
Bəzi ərazilərdə sel və daşqın gözlənilir - Xəbərdarlıq
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
16:47 18.09.2026
ABŞ İran liderlərinə viza verdi – Bu münasibətlərə təsir edəcək?
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
16:38 18.09.2026
Trendyol və Temu bağlamaları gömrükdə gecikir? – RƏSMİ AÇIQLAMA
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
16:31 18.09.2026
30 ildən sonra doğma torpaqlara dönüş: Böyük Qayıdış necə başladı?
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
16:17 18.09.2026
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirdi - FOTOLAR
Nigeriyada mədən faciəsi: Ölənlər var
15:57 18.09.2026
Nigeriyada mədən faciəsi: Ölənlər var
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
15:54 18.09.2026
Kartdan-karta ödənişlərə qarşı təklif - “Bütün mağazalarda kamera olmalıdır”
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
15:48 18.09.2026
Hacıbəy Heydərli: Media nümayəndələri dezinformasiyaya qarşı mübarizədə də fəal olmalıdır”
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
15:41 18.09.2026
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR
15:34 18.09.2026
Baş Prokurorluq İsmayıllıda media və vətəndaş cəmiyyəti əməkdaşlığı mövzusunda konfrans keçirdi - FOTOLAR