“Azəriqaz”la abonentlər arasında – QALMAQAL

“Azəriqaz”la abonentlər arasında – QALMAQAL
SOSİAL
16:46 09.01.2018
1336

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi ilə abonentlər arasında narazılıq yaranıb. Belə ki, Smart İTRON məişət qaz sayğaclarından istifadə edən bəzi istehlakçılar bu ilin yanvar ayında ödəniş etsələr də, təbii qazın qiymətinin limit çərçivəsində 10 qəpikdən deyil, 20 qəpikdən hesablandığını iddia edirlər. 

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-a açıqlama verən "Azəriqaz”ın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Kərbəlayev bildirir ki, ötən ilin dekabr ayının sonunda 2017-ci il üzrə nəzərdə tutulan limit başa çatıb:

"Bildirişlərin verilməsi istirahət və bayram günlərinə təsadüf etdiyindən yanvar ayının ilk həftəsi bu proses artıq yekunlaşdırılıb”.

Sayğacların göstəricisində yaranan fərqlərlə bağlı şikayətlərə gəlincə, İ.Kərbəlayev deyir ki, Smart İTRON məişət qaz sayğaclarından istifadə edən abunəçi kartına 10 manat yükləyirsə, bu, 100 kubmetr qaz deməkdir:

"Sayğacın göstəricisi qazın sərfiyyatını manatla deyil, kubmetrlə göstərir. Bəzən abunəçilər sayğaca vəsaiti daxil edirlər və  sayğac 100 kubmetr göstərdikdə, istehlakçılar bunu 10 manat kimi başa düşürlər. Məsələn, abonentlər sayğacın kartına 10 manat yükləyir. Bundan sonra da deyirlər ki, sayğacda göstərici 10 deyil, 5 manatdır. Bu göstərici 50 kubmetr deməkdir. 

Digər tərəfdən, abonentin müraciəti əsasında bazaya baxanda aydın olur ki, abonent sayğacın smart-kartına dekabr ayında ödəniş edib. Limiti keçibsə, artıq bu, bazada kartın uçotu 20 qəpik tarifi ilə oturub. Yəni, dekabr ayında ödəniş edib, yanvar ayının ilk günlərində sayğaca 10 manat daxil edibsə, orada 100 kubmetr deyil, 50 kubmetr göstərəcək. Yəni, vəsait baxımından onu 5 manat kimi göstərəcək.

Qısası smart-karta ödəniş ötən ilin dekabr ayında aparılıbsa və bu vəsaiti sayğaca yanvar ayında daxil edirsə, verilmiş limiti də keçibsə, o zaman bu abonentlər 10 qəpik tarifi ilə deyil, 20 qəpik tarifi ilə ödənişli qazdan istifadə edəcəklər. Ancaq bu ilin yanvar ayının 1-dən etibarən smart-karta ödənişi aparılıbsa, təbii ki, yeni 1700 kubmetr limitin verilməsi ilə əlaqədar "mavi yanacaq”dan 10 qəpik tarifi ilə istifadə edəcəklər”. 

Məlum olub ki, hazırda  "Azəriqaz”ın mütəxəssisləri tərəfindən monitorinq aparılıb:

"Mexaniki qaz sayğacları istifadə edən abonentlərin 20 faizi ayrılmış illik limiti keçiblər”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
18:21 25.06.2026
Rusiya ordusu son sutkada Ukraynaya məxsus 762 dronu vurub
Aşura günü 1200 litrdən çox qan yığıldı
18:10 25.06.2026
Aşura günü 1200 litrdən çox qan yığıldı
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
17:47 25.06.2026
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbi yürüş keçiriləcək
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
17:37 25.06.2026
Sabah Bakının bu küçələrində hərbçilərin yürüşü olacaq - Siyahı
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
17:16 25.06.2026
Kartlardan pul silinməsi ilə bağlı müəmma: Bank sistemindəki nasazlıq, yoxsa?
Ölümündən sonra təltif edilən polkovniklər...
17:11 25.06.2026
Ölümündən sonra təltif edilən polkovniklər...
General rütbəsi verilən zabitlər kimdir? - Foto
17:09 25.06.2026
General rütbəsi verilən zabitlər kimdir? - Foto
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
17:07 25.06.2026
Hava kəskin dəyişir: Yağış, dolu və sel gözlənilir
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
16:49 25.06.2026
Hikmət Hacıyev Makronun müşaviri ilə Azərbaycan-Fransa münasibətlərini müzakirə etdi
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
16:47 25.06.2026
Nazirliyin şəhid hərbçiləri və mülki işçiləri ilə bağlı - Sərəncam
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
16:30 25.06.2026
Müdafiə Nazirliyinin hərbçiləri təltif edildi - Siyahı
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
16:30 25.06.2026
Beş hərbçiyə "general-mayor” ali hərbi rütbəsi verildi - Adlar
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
16:08 25.06.2026
Bir sıra publik hüquqi şəxslərin əsasında büdcə təşkilatları yaradılıb - FƏRMAN
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
16:01 25.06.2026
DİM apellyasiya müraciətlərini ödənişli edə bilər - “Bu, insanları müraciətdən çəkindirəcək” - RƏY
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
16:00 25.06.2026
Məzun gecəsi üçün verdikləri 50 minə yaxın pul ələ keçirildi - Rəsmi açıqlama
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ
15:53 25.06.2026
Prezidentin geri çağırdığı məşhur səfir kimdir? - DOSYESİ