Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) yeni prezidenti müəyyənləşib.
AZXEBER.COM-un report-a istinadən məlumatına görə, bu, "Azərişıq" ASC-nin sədri Vüqar Əhmədovdur.
V.Əhmədov yeni vəzifədə iş adamı Elçin Zeynalovu əvəzləyib.
Dəyişiklik bu gün Gənclər və İdman Nazirliyində keçiriləcək AMAF-ın hesabat-seçki konfransında gerçəkləşəcək.
Qeyd edək ki, Elçin Zeynalov AMAF-a 2016-cı ildən rəhbərlik edirdi.