"Azərişıq" əməkdaşı faciəvi şəkildə öldü

SOSİAL
11:36 24.10.2024
137
Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən "ANT" sement zavodunda "Azərişıq" ASC-nin işçisini cərəyan vurub.

Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub.

ASC əməkdaşı hadisə yerində ölüb.

Hazırda faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR